vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
14:23 | 16 fevral 2018 | Cümə Məqaləyə 3064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«300-dən çoxdur...»

«Reuters» Suriyada «Vagnerin ordusu»nun itkilərindən yazdı...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Reuters» agentliyi üç ayrı mənbəyə istinadən xəbər verir ki, ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində ABŞ aviasiyasının endirdiyi zərbələr zamanı 300-dən çox Rusiya muzdlusunun öldüyünü və yaralandığını təsdiq edir.

Agentlik onların hamısının «Kremlə bağlı özəl hərbi şirkətdə işlədiyini» bildirir. Adının açıqlanmasını istəməyən hərbi həkim agentliyə 100-dən çox ölü və 200-ə qədər yaralı haqda danışıb. Həkimin sözlərinə görə, bu məlumatı o ötən həftə yaralıların dalınca Suriyaya göndərilən reanimotoloqdan öyrənib.

«Reuters»in istinad etdiyi və «Vagnerin ordusu»na yaxın digər mənbə isə deyib ki, ona Rusiyadan olan azı 80 muzdlunun həlak olması barədə məlumdur. Mənbə bu məlumatı fevralın 7-də olmuş döyüşlərin iştirakçısı ilə söhbətdən eşitdiyini deyib. Məndə deyib ki, ümumiyyətlə 300-dən çox ölən və yaralanan olduğu haqda deyilənlər doğrudur.

Agentlik «Vagner özəl hərbi şirkəti» ilə əlaqə yarada bilməyib. Rusiya Müdafiə Nazirliyi isə Suriyadakı itkilər haqda danışmayıb.

Xatırladaq ki, fevralın 7-də axşam saatlarında Deyr əz-Zor əyalətində, Fərat çayı sahilindəki Hişam rayonunda Bəşər Əsədi dəstəkləyən qüvvələr, o cümlədən «Vagnerin ordusu» kürdlərin nəzarətində olan neft-qaz yataqlarını və qaz emalı zavodunu ələ keçirmək üçün cəmi 1000-ə yaxın döyüşçü olmaqla üç qruplaşma halında hücum edib. Lakin kürdlərdən ibarət «Suriya Demokratik Qüvvələri» ABŞ-ın başçılıq etdiyi koalisiyadan hava dəstəyi istəyib.

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri F-22 «Raptor» qırıcısı, MQ-9 pilotsuz döyüş təyyarəsi, B-52 strateji bombardmançısı, F-15E hücum təyyarəsi və «Apache» vertolyotlarını tətbiq edərək 3 saat ərzində həm hücuma keçən qüvvələrə, həm ehtiyat bölmələrə və hərbi texnikaya sarsıdıcı zərbələr endirib. Bu zaman yüzlərlə muzdlu həlak olub. İndiyə qədər o cümlədən həmin döyüşlərin iştirakçılarına istinadən «Vagnerin ordusu»nun 215-dən 600-ə qədər muzdlu itirdiyi haqda xəbərlər yayılıb. Yüzlərlə ağır yaralı var və onlar Rusiyanın üç hərbi hospitallarında yerləşdirilib.