vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:16 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Getmişdi bir az pul qazansın...»

ABŞ-ın aviazərbələrində ölən «vaqnerçi»nin anası: «Bircə onu dedi ki, «ev tikməyə getmir»»

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada muzdlu kimi xidmət edən 34 yaşlı Sverdlovsk sakini Ruslan Qavrilovdan bir həftədən çoxdur ki, xəbər-ətər yoxdur. Güman edilir ki, ABŞ hava qüvvələri fevralın 7-də Suriyanın Deyr əl-Zor şəhəri yaxınlığında hökumətyönlü qüvvələrə zərbələr endirəndə onlarla rusiyalı muzdlu da ölüb və Gavrilov da ölənlərin arasındadır.

Hər halda anası Faina Qavrilovaya qohumları belə deyiblər. Amma ölüm xəbəri hələ ki rəsmi səviyyədə təsdiqlənməyib. O deyir ki, oğlu özəl hərbi şirkətlə müqavilə əsasında Suriyaya yollanıb. Əsas məqsədi də «bir az pul qazanmaq olub».

Ruslan Qavrilov Sverdlovsk vilayətinin Kedrovoye kəndindəndir. Anası deyir ki, oğlunun stabil işi olmayıb, bir ara tikinti sahəsində çalışıb. Suriyaya gedəndə orda nə işlə məşğul olacağını yaxınlarına açıq deməyib. Bircə onu deyib ki, «ev tikməyə getmir». Faina Qavrilova deyir ki, onların kəndindən Ruslanla təxminən eyni yaşda olan daha 10 nəfər Suriyaya getməyə razı olub.

 

Ölənlərin sayı nə qədərdir?

 

ABŞ mətbuatı yazır ki, sözügedən hücumda 100-dən çox rusiyalı ölüb, daha 200 nəfər isə yaralanıb. Məlumata görə, yaralılar hazırda Moskva və Sankt-Peterburqun hospitallarında müalicə alır. Rusiya rəsmiləri bu haqda az danışırlar. Ölənlərin rus ordusu ilə bağlı olmadıqlarını, özəl şirkətlərlə müqavilə əsasında Suriyaya getdiklərini deyirlər.

Ölənlərin yaxınları isə rəsmi səviyyədə belə az məlumatın yayılmasına hiddətləniblər. Güman edilir ki, hava zərbələrinə tuş gələnlər Sankt-Peterburqda mənzillənən «Vaqner» özəl hərbi şirkəti vasitəsilə Suriyaya yollanıblar. Bu şirkətin səfərbər etdiyi muzdluların Ukraynanın şərqinin işğalında da iştirak etdikləri deyilir. Deyr əl-Zor yaxınlığında hava zərbələrinə tuş gələnlər bundan əvvəl Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Palmira şəhərini islamçı yaraqlılardan geri almasında iştirak ediblər.

Hələ ki rus mətbuatı açıq mənbələr əsasında 9 nəfərin ölümünü onların yaxınları ilə dəqiqləşdirə bilib. Bu arada «Reuters» agentliyi məlumat yayıb ki, ölən və yaralanan rusiyalıların ümumi say 300-dən çoxdur. Agentlik bunu ölənlərin yaxınlarına və yaralıları müalicə edən həkimlərə istinadla yazdığını qeyd edir.

On il əvvələcən Rusiyada özəl hərbi şirkət demək olar ki yox idi.2012-ci ildə - Ukraynada münaqişənin başlanmasına 2 il qalmış o zaman baş nazir olan Vladimir Putin belə şirkətlərin yaranması üçün hüquqi bazanı təsdiqləmişdi. Bildirmişdi ki, belə şirkətlər «dövlətin birbaşa iştirakı olmadan milli maraqlarımızın reallaşdırılmasında alət olacaq».

Rus muzdluları Ukraynanın şərqində separatçılarla çiyin-çiyinə döyüşəndə Kiyev Kremli ittiham etmişdi. Bildirmişdi ki, «muzdlu» deyilən şəxslər əslində elə Rusiya ordusunun planlarını reallaşdırır, yəni Ukraynanı planlı şəkildə işğal edir. Kreml daim bu ittihamı rədd edib, Ukraynanın şərqində «könüllülərin döyüşdüyünü» deyib.

2015-ci ildə rus muzdluları Suriyada peyda oldu. Açıq mənbələr əsasında hazırlanan məlumatlarda Rusiyada 10 özəl hərbi şirkətin fəaliyyət göstərdiyi deyilir. Onların ən böyüyü «Vaqner»dir. Ona «QRU» - Rusiya ordusunun kəşfiyyat xidmətinin keçmiş komandirlərindən olmuş Dmitri Utkinin rəhbərlik etdiyi söylənir. Həm «Vaqner», həm də Utkin ABŞ hökumətinin sanksiyaları altındadır - Ukrayna münaqişəsində iştiraklarına görə. «Vaqner»in əsas sponsorlarından biri isə Yevgeny Priqojindir.

Onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrinin olduğu, Kremllə ərzaq təminatı sahəsində kontraktının olduğu deyilir. Bundan başqa Priqojinin neft ticarəti ilə məşğul olan «Evro Polis» adl şirkətə də sahib olduğu deyilir.

Yeri gəlmişkən, «Vaqner»in muzdluları məhz Suriyada Conoco adlanan neft yatağını ələ keçirməyə cəhd edərkən öldürülüblər.2 il qabaq məlumat yayılmışdı ki, Suriyada xidmət edən rusiyalı muzdlular ayda 3,900 dollar maaş alırlar. Rusiyanın RBK saytı yazırdı ki, «Vaqner»in xətti ilə Suriyada 2500 rusiyalı xidmət edir, aylıq maaşları da 4,600 dollar civarındadır. Üstəlik bonuslar və imtiyazlardan da yararlanırlar.