vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:48 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zərif, tanış gəlir? Bu sənindir...»

Netanyahu İranı bərk hədələdi: «Tiranlara bizdən mesaj kimi onu özünlə apara bilərsən»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail baş naziri Benyamin Netanyahu Münhen təhlükəsizlik konfransı zamanı İranın ünvanına sərt hədələrlə çıxış edib. Virtualaz.org xəbər verir ki, Netanyahu tribundan İsrail hava məkanında vurulmuş İran pilotsuz kəşfiyyat təyyarəsinin parçasını yelləyərək Tehrana «bizim səbrimizi daşırmayın» mesajı verib.

Netanhayudan əvvəl konfransda İran xarici işlər naziri Məhəmməd Zərif çıxış etmişdi və ölkəsinin İsrailə dron göndərdiyini təkzib etmişdi. Xatırladaq ki, İran pilotsuz təyyarəsi Suriyadakı bazadan havaya qalxıb və İsrail hava məkanına daxil olandan bir neçə saniyə sonra vertolyotdan buraxılan raketlə vurulub. Daha sonra İsrail Suriyaya irimiqyaslı hava hücumları həyata keçirib, bu zaman Suriya hava hücumundan müdafiə sistemləri İsrailin bir «F-16» təyyarəsini vurub.

Netanyahu ötən həftə Golan təpələri üzərində vurulmuş dronun parçasını yelləyərək deyib: «İran Suriyaya müdaxiləni inkar edir və bizim xalqımızı təhdid edərək pilotsuz təyyarə göndərir. Budur, həmin təyyarənin parçası. Siz bunu öz gözlərinizlə görə bilərsiniz. Zərif, öz pilotsuz təyyarənizi tanıdın? O sənindir. İrandakı tiranlara bizdən mesaj kimi onu özünlə apara bilərsən».

İsrail baş naziri daha sonra İrana bildirib: «Bizim qətiyyətimizi sınağa çəkməyin. İsrail yol verə bilməz ki, boynuna İran terrorunun ilgəyi keçsin...Əgər lazım olsa biz təkcə İranın kuklalarına qarşı deyil, onun özünə qarşı da qəti hərəkətə keçəcəyik».