vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
12:45 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«10 faizini istəyirik»

Sığorta bazarında yeni oyunçu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın sığorta bazarı, daha dəqiqi sığorta satışı sektoru ciddi dəyişikliklər ərəfəsindədir. Ölkənin əsas ödəmə portalı olan hesab.az bu sahədə də gücünü sınamaq niyyətindədir.

Son günlər şirkət bu sahədə geniş reklam kampaniyasına başlayıb. Kampaniyada müştərilərə sığorta müqaviləsinin bitdiyi tarixi göstərərək öz məlumatlarını hesab.az-a göndərmək təklif edilir.

Bu zaman uğurlu müştərilər «iPhone X» qazanacaqlar. Amma ən əsası bütün müştərilər barədə sığorta məlumatları hesab.az-da toplanır və müqavilənin müddətinin başa çatmasına az qalmış onlara sığorta almaq təklif edilir. Hesab.az portalının göstərdiyi xidmətlərin çeşidini, müştəriləri sayını və geniş əhatə kütləsini nəzərə aldıqda, bu yeniliyi sığorta satışı sektorunda mühüm dəyişikliklərin başlanğıcı saymaq olar. Hesab.az-ın rəhbəri Fərid İsmayılzadə bildirib ki, şirkət sığorta agenti kimi fəaliyyət göstərir.

Bununla bağlı lisenziya bir neçə il əvvəl alınıb: «Əslində sığorta agenti kimi satışlara bir il əvvəl başlamışıq, və 2 şirkətin sığorta məhsullarını satırıq Amma bazarda payımız çox kiçikdir – 0,001 faiz». İndi isə şirkət imkanlarımızdan tam istifadə etməklə bazarın 10 faizini ələ keçirmək niyyətindədir. F.İsmayılzadənin sözlərinə görə, yeni reklam kampaniyasının da məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS, email və hesab.az-da müxtəlif pop up bannerlər vasitəsi ilə yeni sığorta təklif etməkdir.

Bu bazadan bezdirici zənglər üçün heç vaxt istifadə edilməyəcək. Qeyd edək ki, hesab.az-ın bu gedişi sığorta bazarında ənənəvi satışlarla məşğul olan agentlərin narazılığına səbəb olub. Bu agentlərdən biri - Nicat Əlibəyli hesab.az-ı uduş kampaniyası adı ilə müştərilərin məlumatlarını ələ keçirmək istəyində ittiham edib: ««iPhone X» hədiyyəsi adi ilə müştərilərin məlumatini toplamaq, qanunsuz baza yaratmaq, siğorta sirri və müştəri bazasinin ələ keçirilməsinə hesablanib və tam qanunsuz fəaliyyətdir», - deyə sığorta agenti bildirib.

Vətəndaşları öz məlumatlarını başqa agentlərlə paylaşmamağa çağıran agent bildirir ki: ««iPhone X» udmaq boş bir xəyaldir. Öz narahatçılığınıza daha böyük bir narahatçılıq da əlavə etməyin. Məlumatlarınızı, sonradan hansi məqsədlərə istifadə ediləcəyi məlum olmayan naməlumlara ötürməyin. İcbari sığortalarınızı tanıdığınız, etimad etdiyiniz siğorta şirkətləri ilə həll edin. Sizə yaxin olan sığorta agentlərinin xidmətindən istifadə edin».

Bəzi digər sığorta agentləri də N.Əlibəylininin fikirlərini dəstəkləyərək sosial şəbəkələrdə müştəriləri hesab.az-la işləməməyə çağırıblar. Onların fikrincə, sığorta satışının bu üsulla aparılması sığorta agentlərinin müştərilərini əlindən almağa yönəlib və bu sahədə çalışan yüzlərlə sığorta agentini işsiz qoya bilər. Agentlər müştəri məlumatlarının bu üsulla toplanaraq satış üçün istifadə edilməsini də qanunsuz sayaraq bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məsələni araşdırmalıdır. Hesab.az-da isə bu ittihamları əsassız sayırlar. F.İsmayılzadə bildirir ki, heç bir qanunsuzluğa yol verməyiblər: «Söhbət sığorta müqavilələrinin ənənəvi deyil, daha yeni, onlayn üsulla satışından gedir.

Hazırda bütün dünyada texnologiyalar inkişaf edir, süni intellekt yaradılır. İndi süni intellektlə məşğul olmasınlar ki, minlərlə insan işsiz qalacaq? Həmin məntiqlə Hesab.az-a görə artıq minlərlə poçt və bank işçisi işsiz qalib ki? Sığorta agentlərində bizim toplamaq istədiyimiz baza artıq bu və ya digər şəkildə var. Çox vaxt o bazalar şəffaf toplanmayıb və satışların əksər hissəsi zənglə olur. İnsanlarımız isə narazıdır. Bizdən sığorta almaq isə həm bezdirici deyil, həmdə cəmi 1-2 klikə başa gəlir. Vaxtı da bitəndə cəmi klikə əldə edilir. Odur ki, hər kəsə uğurlar. Qoy insanlarımıza necə rahatdır elə də sığorta əldə etsinlər».