vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9848 AZN
Rusiya rublu 1 RUB = 0.0253 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2664 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
12:56 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 555 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranlı general sərsəmlədi

Həsən Firuzabadi: «Kərtənkələlər bizə qarşı casusluq edib»

Qərb xüsusi xidmət orqanları bəzi sürünənlərdən İranın nüvə obyektlərini izləmək üçün istifadə edib. Virtualaz.org xəbər verir ki, sürünənlər üzrə mütəxəssisləri bərk təəccübləndirən belə bəyanatla İran silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Ali dini liderin hərbi müşaviri, general Həsən Firuzabadi çıxış edib.

General Firuzabadinin belə bəyanatla çıxış etməsinin motivi ötən həbs edilən ekoloqlardan biri Kavus Seyid İmaminin Tehranda həbsxanada ölümü ilə bağlıdır. İran hakimiyyəti ekoloq-alimin «özünü asaraq intihar etdiyini» bildirir, lakin insan haqları fəalları alimin həbsxanada işgəncələrdən öldüyünü bildirir.

Generalın sözlərinə görə, bir neçə il əvvəl İrana Fələstinə yardım toplamaq adı altında adamlar gəlib. Onların pul toplama marşrutu İran xüsusi xidmət orqanlarına şübhəli görünüb. Belə ki, həmin adamlar özləri ilə kərtənkələ və xameleonlar gəzdirərək səhra rayonlarına yollanıblar.

«Biz araşdırdıq ki, bu canlıların dəriləri nüvə şüalanmasına qarşı həssasdır və deməli onlar nüvə reaktorlarının, habelə uran yataqlarının yerlərini müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar casusluq ediblər və bilmək istəyiblər ki, İranda uran yataqları haradadır və biz harada atom fəaliyyəti ilə məşğul oluruq»-İran ordu generalı deyib.

Bəs İran generalının bu bəyanatı nə dərəcədə ağlabatandır, doğrudanmı kərtənkələlər və xameleonlar nüvə şüalanmasına qarşı həssasdır, onlardan casusluq məqsədi ilə istifadə etmək nə dərəcədə ağlabatandır?

Rusiya Elmlər Akademiyasının biorqanik kimya İnstitutunun elmi əməkdaşı, herpetoloq v serpentoloq, Orta Asiya, İran, Əfqanıstanda bir sıra elmi missiyalarda iştirak etmiş Vladislav Starkov «Sputnik»ə açıqlamasında bildirib ki, kərtənkələlərin casusluq məqsədi ilə istifadəsi haqda deyilənlər xeyli sərsəm versiyadır. Çünki İranda kərtənkələlər və xameleonlar uzun yaşamır. İran tropik ölkə deyil, bu qanı soyuq sürünənlər isə əsasən isti yerlərdə çox yaşayır. «Onlar heç cür soyuq uran yataqları ilə maraqlana bilməzlər. Üstəlik kərtənkələlərin və xameleonların dərisində nüvə şüalanmasına qarşı həssas maddə yoxdur, bu versiya absurddur», - rusiyalı alim deyib.

Alimin bildirdiyinə görə kərtənkələdən və ya xameleondan ancaq o zaman casusluq məqsəd ilə istifadə etmək olardı ki, onların dərilərində nüvə şüalanmasını qeydə alan xüsusi vericilər yerləşdirilsin.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *