vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
KİNO-TEATR  
11:26 | 20 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 4185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Demək, mən ilk olacam»

Azərbaycanın ilk teatr rejıssorunun projektor işıqlarında altında nümayiş olunan tamaşaya bənzəyən taleyi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Fabrika işi» ilə bağlı «xalq düşməninin» qızı idi, doğma anası həyat yoldaşının yolunu illərlə gözləyib və qızını Bağırovun ayaqları altında ataraq, sözün əsl mənasında, ərini güllələnmədən xilas edir. Bağırov uşağın xatirinə görə atasını güllələməməyə söz verir. Anası yeni bir həyat qurduğu gün - təkrar evləndikdə atası sürgündən geri qayıdır və ailəsini yenidən bir araya gətirmək üçün yalvarır. «Gecdir, heç kimin günahı yox idi, heç nəyi dəyişmək mümkün deyil artıq».

Qəhrəmanımızın həyatı şaxtaya baxmayaraq axşamdan başlayan və bütün gecəni davam edən həbsxana növbəsindən, həm də sanitar olmağa atıldığı, xəstələrin aqibətinə necəsə kömək etməyə çalışdığı müharibədən keçib. Özünü axtarışda bir tərəfdən o biri tərəfə sovrulmalar, bir il belə çəkməyən həkim və ya mühəndislik təhsili və budur, Bakıda Teatr İnstitutu açılır.

Gənc qız sənədlərini nə olduğunu bilmədiyi rejissorluq fakültəsinə verməyə tələsir. Bir gün əmisi deyəcək ki, ali məktəblərin və fakültələrin yollarındakı «qaçaqovun» sonu yaxşı bitməyəcək, rejissorluq - kişi işidir. Hər halda, o, heç bir qadın rejissor tanımır. «Yaxşı, demək, mən ilk olacağam!».

Və oldu...

Gülcahan Güləhmədova - Martınova - Azərbaycan xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Musiqi Akademiyasının professoru.

O, Bakı Teatr İnstitutunun rejissorluq şöbəsini bitirmiş, bundan sonra 70-dən çox tamaşa səhnələşdirdiyi Rus Dram Teatrına (hazırda Səməd Vurğun adına) təyinat almışdır. 1982-ci ildən Bakı Musiqi Akademiyasında və Opera Studiyasında çalışmışdır. Vokalistlərə aktyorluq sənətindən dərs vermişdir. Onun dərhal qəbul edildiyini söyləmək səhv olardı. Daha doğrusu, o hər kəsi qıcıqlandırırdı. Ona səhnəyə deyil, təsadüfən səhnənin qarşısına düşmüş, rolu necə  ifa edilməsini diktə edən və göstəriş verən gənc bir qız kimi baxırdılar. «Bu qız bizə nə verə bilər?» - bir çoxları onunla birlikdə işləməkdən qaçmağa çalışaraq bu sualı verirdilər. Ancaq o, həm sənəti, həm sözü, həm İttifaqın ən yaxşı səhnələrində çıxışları, həm tamaşaya qoyduğu Şiller və Saqandan Vurğun və Əfəndiyevə qədər pyeslərinin siyahısı, həm də onlarla opera tamaşası və ən yüksək mükafatları ilə sübut etdi ki, heç də, heç nə təsadüfi deyil.

Gülcahan xanım yalnız rejissor deyil, həm də arxasında dünyaya səpələnmiş böyük bir miras buraxdı, axı o, bir neçə məşhur opera sənətçi nəsli yetişdirib.

O, teatrdan tez-tez məhz istedadlı və parlaq insanlarla baş verən olduqca adi səbəbdən ayrıldı: «Bu janrın bütün qanunlarına uyğun olaraq qurulmuş bir intriqa idi - rüşvət, şantaj və yalan məktublar ilə olan intriqa. Teatrdakı rəhbərlik dəyişdi. Bir çoxları teatrı tərk etdi və mən də daxil olmaqla». O, heç nəyi aydınlaşdırmadı, sadəcə qapını çırpıb getdi və bir gün onun yanına bu məsələdə iştirak edənlərdən biri gəldi və göz yaşları içində bağışlanmaq üçün yalvardı.

İlk rəqs, 18 yaşında ilk baxışdan sevgi və bir aydan sonra yaraşıqlı leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə toy. Yeni evlilər anasının evinə sığınaraq, sonra kiçik otaqlarda və zirzəmilərdə yaşayaraq, yarıac yaşasalar da o, həmişə eyni sözü təkrar edirdi: «xoşbəxtlik». «Səkkiz ildən sonra, mənə teatrdan yataqxanada ev verdilər - iki otaqlı «xruşovka», iyirmi doqquz yarım kvadrat metr, altı mərtəbəli binanın altıncı mərtəbəsində ... Liftsiz... Biz müharibə əlili olan həyat yoldaşım ilə mənzilə girdik və üç gün oradan çıxmadıq... (Qorxurduq ki, zəbt edərlər)... Üzərimizə şinel örtərək yerdə yatırdıq... Bu xoşbəxtlik idi...». Onlar birlikdə 61 il yaşadılar «və bilirsiniz, son sözləri məndən nigaran qalması idi…»

O, sadəlövh, çalışqan və enerji dolu biri idi. O, başqalarının əllərini üzdüyü yerdə işıq görürdü... 2018-ci ilin 20 yanvar tarixində o, bu dünyanı tərk etdi. Amma insan yaşayır, dəqiq desək, onu xatırlayılarsa - yaşayır.

Arzu MƏMMƏDOVA