«Afrin mühasirəyə alınacaq»
«Terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı və onlara göndərilən yardımlar aradan qalxacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
-
Suriyanın cənubunda üsyan
Əsədə qarşı ayağa qalxan xalq qubernatorun binasını yandırıb
-
PKK əl çəkir, ABŞ yox ...
Patrul əməliyyatları bərpa edildi
-
Almaniyanı xilas edən türk həkimlər
Ölkə onların hesabına ildə 4 milyard avroya qənaət edir
-
Ver “S-400”ü, al “F-35”i
ABŞ Türkiyəyə yeni şərt
-
İşbirliyi bitdi
Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb
«Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq». APA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
Afrinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini vurğulayan R. T. Ərdoğan bildirib ki, mühasirə nəticəsində terrorçular tərəfindən Afrin şəhər mərkəzinə göndərilən yardımların önü kəsiləcək: «Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin «qırmızı cizgiləri»ni yox sayanların alınlarına bu «qırmızı cizgi»ni çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada «Fərat qalxanı», «Zeytun budağı» əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik».
Türkiyə prezidenti bir daha ABŞ-ın PYD/YPG-yə 5 min yük maşını, 2 min yük təyyarəsi ilə silah və texnika göndərdiyini qeyd edib: «Bunu dansalar da, fotoları, görüntüləri təqdim edəndə deyirlər ki, 3-5 gün, 3-5 həftə ərzində aradan qaldıracağıq. Biz danışıqlarla bərabər sahədə əməliyyatlarımızı davam etdirəcəyik. Dünən Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir».
R.T.Ərdoğan indiyə qədər Suriyanın Afrin bölgəsində həyata keçirilən Zeytun budağı» əməliyyatında 1715 terrorçunun məhv edildiyini, türk ordusunun 32 hərbi qulluqçusunun şəhid olduğunu bildirib.
Qeyd edək ki, Qamışlı şəhəri Suriyanın şimalında PYD/YPG terror təşkilatının əsas mərkəzlərindən biridir. Türkmən şəhəri olan Telabyad hazırda PYD/YPG-nin işğalındadır. Qamışlı və Telabyadda ABŞ hərbi bazaları var.