vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
12:08 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Terrorçuların sponsorudur»

Netanyahdan Mahmud Abbası ağır süçlama

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında çıxış etmiş Fələstin lideri Mahmud Abbası sülhdən yayınmaqda və terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.

Qeyd edək ki, Nyu-Yorkda səfərdə olan M.Abbas İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə yeni çoxtərəfli mexanizmin yaradılması üçün beynəlxalq konfransın çağırılmasını tələb edib.

«Abbas yeni heç bir şey demədi. O, sülhdən qaçmaqda və terrorçulara və onların ailələrinə ildə 147 milyon dollar ödəməkdə davam edir», - deyə B.Netanyahunun bəyanatında bildirilir.

İsrail tərəfinin iddiasına əsasən, İsrail vətəndaşlarına qarşı törətdikləri hücumlara görə öldürülən, yaralanan və həbs edilən fələstinlilərin ailələrinə hər il ödənilən vəsaitlər Fələstin Milli Administrasiyasının illik büdcəsinin 7 faizini təşkil edir.

Fələstinlilər isə 35 min ailə arasında paylaşdırılan bu vəsaitləri işğal qurbanlarına yardım adlandırırlar. İsrail və ABŞ hesab edirlər ki, Fələstin administrasiyası bununla terrora bəraət qazandırır və davam etdirilməsini stimullaşdırır. (APA)