vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
15:04 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada səfərbərlik

Ordu Rusiyaya qarşı hərəkətə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya ordusunda təcili səfərbərlik elan edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Bundestaqda hazırlanan hesabata əsasən, orduda böyük heyət çatışmazlığı aşkarlanıb.

Hesabata görə, ordunun «mübarizələrə davamlılıq səviyyəsi» olduqca aşağıdır. Hərbi təyyarələr, tanklar və gəmilər bərbad vəziyyətdədir. Sualtı qayıqların əksəriyyətinin təmirdə olduğu və gəmilərdə şəxsi heyətin çatışmadığı vurğulanıb. Hərbi xərclərin NATO göstəricilərindən olduqca aşağı olması hökuməti hərəkətə gətirib.

Səfərbərlik nəticəsində NATO hərbi bazalarında təlim üçün 12 min əsgərin ayrılacağı qeyd edilib. Təlim keçdikdən sonra bu qüvvələr Rusiyanın Baltikyanı ölkələrə təzyiqinin qarşısının alınmasında istifadə olunacaq. Yeni ordu qüvvələrinin hazırlanmasına 90 milyon avroya yaxın maliyyə vəsaitinin ayrılması gözlənilir.