vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
15:35 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEK-də təşviş

Gözlər ABŞ-a dikildi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da xam neft ehtiyatlarının ardıcıl dördüncü həftə artacağı ehtimalından sonra qiymətlər ciddi ucuzlaşıb.

APA TV-nin məlumatına görə, ehtiyatlar həftə ərzində 3 milyon barel artıb. Enerji İnformasiya İdarəsinin hesabatı ilə bu rəqəm təsdiqlənsə qiymətlərin bir az da ucuzlaşacağını güman etmək olar.

OPEK və istehsalı azaltmağa imza atan digər neft ölkələri razılaşmaya 2018-ci ildən sonra da əməl etmək fikrindədir. OPEK-in sədri Məhəmməd Barkindo bazarda stabilliyin sürətləndiyini deyib. Onun sözlərinə görə, razılaşma bir ölkənin belə qaydalara əməl etməyəcəyi təqdirdə təhlükə altına düşə bilər.

«Brent» nefti sutka ərzində 75 sent ucuzlaşaraq hazırda 64,70 dollardan satılır. Qərbi Texas nefti isə bir dollardan çox ucuzlaşıb. WTI markası hazırda 61,16 dollardan təklif olunur.

Bu həftə qiymətləri müəyyənləşdirəcək əsas hadisə ABŞ-da ehtiyatların artmasının rəsmən təsdiqlənməsi olacaq. Ümumiyyətlə son dövrlər neft bazarında qiymətlər daha çox bu ölkədən qaynaqlanan səbəblərlə müəyyənləşir. Ölkədə fəal neft quyularının sayı, istehsal və ehtiyatlar artır. Bununla da qiymətlərin ucuzlaşmasına şərait yaranır.