vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
15:40 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya ilə əlaqələri kəsin, yoxsa...»

ABŞ MDB ölkələrinə xəbərdarlıq etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o bildirib ki, ABŞ digər ölkələri Rusiya ilə xüsusilə də hərbi-sənaye sahəsində əməkdaşlıqdan çəkindirməyə çalışır. «Rəsmi Vaşinqton artıq bütün ölkələrdəki səfirliklərə bu istiqamətdə fəaliyyəti daha da aktivləşdirmək üçün müvafiq təlimatlar göndərib», - deyə, H.Nauret əlavə edib: «Onlara diplomatik fəaliyyət göstərdikləri ölkələrin hökumətləri ilə danışıqlar apararaq, onlara rəsmi Moskva ilə analoji formada əməkdaşlığa cəhd edəcəkləri təqdirdə ABŞ tərəfdən ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdarlıq etmək tapşırılıb».

Bununla belə, H.Nauert həmin problemlərin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, bu, ABŞ Dövlət Departamentinin ikinci xəbərdarlığıdır. MDB ölkələri və Rusiya ilə tərəfdaş olan digər dövlətlərə ilk xəbərdarlıq «Kreml məruzəsi» sanksiyaları tətbiq olunanda edilmişdi.