vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:49 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 1967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tel Rıfatı istəyirlər

PYD/YPG-nin Bəşər Əsədə yeni dəhliz müraciəti

MÖVZU İLƏ ƏLAQƏLİ

Dəməşqlə PYD/YPG arasında danışıqlar davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçular Əsəd hökumətinə Afrinə silah və canlı qüvvə daşınması üçün dəhliz verilməsi barədə müraciət edib.

Afrin-Hələb yolunun, eləcə də «Zeytun budağı» əməliyyatının davam etdiyi bölgəyə girmək istəyən Suriya ordusunun bombalanmasından sonra Tel Rıfat PYD/YPG-yə daşıma üçün ən əlverişli istiqamət hesab olunur.

Əsədin müraciətə isti yanaşdığı, terrorçulara bu ərazi üzərindən keçid vermək barədə düşündüyü iddia edilir.

Tel Rıfat hazırda PYD/YPG-nin nəzarətində olsa da, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) bölgə üzərində rahat şəkildə əməliyyat keçirə bilər.

Əsəd qüvvələri isə «Zeytun budağı» əməliyyatının başlamasından sonra Afrindən çəkilən Rusiya hərbi kontingenti ilə Tel Rıfatın cənubunda mövqe tutub.

Türkiyə ordusu bu bölgədə hələlik geniş əməliyyata başlamasa da, Afrindən sonra Tel Rıfatın da PYD/YPG-dən təmizlənməsi planlaşdırılır.