vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:01 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2094 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bombardmanlar davam edir

Suriyanın Şərqi Quta bölgəsi ikinci Hələb ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın paytaxtı Dəməşq yaxınlığında olan və müxaliflərin nəzarətində olan Şərqi Qutaya hava hücumları davam edir. APA TV-nin «Euronews»a istinadən verdiyi xəbərə görə, rejim qüvvələrinin apardığı əməliyyatların son 5 günündə burada çoxlu sayda ölən və yaralananlar olub.

Məlumata görə, son 24 saatda 71 adam həyatını itirib. Bazar günü hava hücumlarında ən az 325 nəfər yaralanıb. Ötən gün isə Suriyada münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya mərkəzi intensiv atəşə tutulub. Qanunsuz silahlı dəstələr Şərqi Qutadan Dəməşqin yaşayış məntəqələrini və mehmanxanalarını atəşə tutub.

«Dinc sakinlər arasında xeyli ölənlər var, ciddi dağıntıların olduğu bildirilir. Rusiya hərbçiləri arasında xəsarət alan yoxdur», - deyə mərkəzdən bildirilib.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov aprel ayında Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran lideri Həsən Ruhaninin Türkiyədə bir araya gələcəyini açıqlayıb. Müzakirənin əsas mövzusu isə Suriya olacaq.