vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
19:53 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraq Rusiyadan «S-400» almaq istəyir

Bağdad qonşularından dala qalmaq istəmir

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqdan olan nümayəndə heyəti «S-400» zenit-raket sistemlərinin alınması üçün danışıqlar aparmaq məqsədilə Rusiyaya səfər edəcək. TASS xəbər verir ki, «Asharq Al-Awsat» qəzeti qarşıdakı danışıqlarda daha əvvəl Moskva ilə imzalanmış sazişlərə daxil edilməyən «S-400» raket sistemlərinin tədarükü məsələsinin müzakirə ediləcəyini yazıb.

Məlumata görə, buna qədər İŞİD yaraqlıları ilə mübarizə üçün Rusiyadan silah almaqla kifayətlənən İraq artıq müasir hava hücumundan müdafiə sistemləri olan qonşularından geri qalmaq istəmir.

Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Moskva və Bağdad ümumi dəyəri 4,2 milyard dollar olan 48 ədəd «Pantsir-S» zenit kompleksinin və 36 ədəd «Mi-28» zərbə helikopterinin tədarükü üzrə saziş imzalayıb. Bundan sonra İraqda İŞİD-in təsir qüvvəsi artdığına görə müqavilənin detalları dəfələrlə dəyişdirilib.