vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
20:50 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 479 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qiymətlər 570 dollar bahalaşdı

Həcc ziyarətində müqavilədə bəzi şərtlər...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlarla Qafqaz Müsəlmanları İdarəsi arasında müqavilə bağlanır. Artıq bu neçə ildir ki, belə davam edir». Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən vurğulayıblar ki, sənəd verən zəvvarlar sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər də orada yer alır. Əgər zəvvar ziyarətə 3 ay qalmış bundan imtina etsə, pulunu tam məbləğdə geri alır.

«İki ay qalmış ziyarətə getməkdən imtina etsə, bu, 50 faizə enir. Bir ay qalmış fikrini dəyişsə isə, pulunun 25 faizi qaytarılır», - deyə idarədən bildiriblər.

Azərbaycanda Həcc missiyasını Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Bu il fevralın 12-dən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanıb. Verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14-i, 15-i və 16-da baş tutacaq. Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-nə planlaşdırılıb.

Bu il Həcc xərclərinin artdığı açıqlanıb. Hazırda ziyarət adambaşına 4150 dollardır. Ötən il ziyarət zəvvarlara 3580 dollara başa gəlmişdi.

Xatırladaq ki, 2017-ci il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb.

Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilir. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Bu il isə kvotada azalma gözlənilmir.

«Ölkədən nə qədər zəvvar getmək üçün müraciət edəcəksə, o qədər də zəvvar ziyarətə gedəcək. İyun-iyul aylarına kimi sənəd qəbulu davam edəcək», - deyə QMİ-dən bir müddət öncə bildirmişdilər.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu ilin avqustuna təsadüf edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *