vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
22:29 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 1722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hələbdəki dəhşətlər təkrarlanır»

Almaniya Rusiya və İranı Suriya rejimini «dayandırmağa» çağırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya Rusiya və İranı Dəməşqin qiyamçıların nəzarətində olan hissəsində «qətliamı» dayandırması üçün Suriya hökumətinə təzyiq göstərməyə çağırıb.

Müşahidəçilər Dəməşqin Quta şəhər ətrafında iki gün ərzində 250 dinc sakinin öldürüldüyünü bildiriblər.

Almaniya kansleri Angela Merkelin sözçüsü Stefen Sibert (Steffen Seibert) fevralın 21-də deyib: «Şərqi Qutada atəşkəsə qarantiya verəcəkləri barədə Astanada öhdəlik götürmüş Rusiya və İran hardadırlar? Bu iki müttəfiqin dəstəyi olmasaydı, Əsədin rejimi bu gün olduğu yerdə olmamalıydı. Bu rejim BMT prosesi ilə danışıqlara hazır olmasını daha çox nümayiş etdirməlidir».

Son iki gün ərzində Qərb hökumətləri, BMT və humanitar yardım qrupları Suriya və Rusiya hərbi təyyarələrinin «dağıdıcı» hücumlarlından və «mühasirəyə al, acından öldür» taktikasından narahatlıq ifadə edirlər.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumatında Qutada fevralın 18-dən bəri 58 uşaq da daxil 250 nəfərin həlak olduğu, daha 1200 nəfərin yaralandığı bildirilir.

Rusiya və İran Əsəd hökumətinə 7 ildir ki, davam edən müharibədə həlledici dəstək veriblər. Moskva Suriya münaqişəsində qüvvələr balansını Əsəd hökumətinin xeyrinə dəyişib.

 

***

 

Rusiya Dəməşq yaxınlığındakı Qutaya Suriya və Rusiya hərbi təyyarələri ilə irimiqyaslı hücumu müdafiə edib. Müstəqil monitorinq qrupu iki gün ərzində bu ərazidə azı 250 dinc sakinin öldürüldüyünü bildirir.

«Terrorçuluqla mübarizə heç nəylə məhdudlaşdırıla bilməz», – Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 20-də deyib.

Lavrov bildirib ki, Qutaya Əl-Qaidə təşkilatının bir qanadı, terror təşkilatı kimi tanınan Əl-Nüsra islamçı qrupu sığınıb.

 

Hələb təcrübəsinə əl atıla bilər

 

Lavrovun deməsinə görə, Nüsra «provokasiya» həyata keçirib, Dəməşqdəki Rusiya səfirliyi və ticarət missiyasına hücum edib. Nazir deyir ki, Rusiyayla Suriya Qutadakı yaraqlılara hərtərəfli hücumda Hələbin bombalanması təcrübəsinə söykənir.

«Hələbdən yaraqlıların çıxmasıyla bağlı razılaşma əldə olunmuşdu. Bu təcrübədən Şərqi Qutada istifadə oluna bilər», – o deyib.

BMT, Birləşmiş Ştatlar və Avropa ölkələri, eləcə də insan haqları qrupları 48 saat ərzində dinc sakinlərin kütləvi qətlini pisləyib. Zərbələr Suriya və Rusiyaya məxsus hərbi təyyarələr və hərbi vertolyotlarla endirilib. Xəstəxanaların, yaşayış binalarının, bazar və digər mülki hədəflərin hücumlara məruz qaldığı bildirilir.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, fevralın 18-də axşam başlanan zərbələrdə azı 250 dinc sakin öldürülüb. Onlardan 58-i uşaqdır, 1200 nəfərsə yaralanıb.

«Uşaqların əziyyətini və öz qəzəbimizi ifadə etməyə söz tapmırıq», – BMT-nin uşaq agentliyi bildirib.

BMT-nin baş katibi Antonio Qutyerres (Antonio Guterres) fevralın 20-də sözçüsü vasitəsiylə bildirib ki, zorakılığın artmasından və onun «dinc sakinlərə məhvedici təsirindən dərin narahatlıq keçirir».

 

***

 

Rusiya Dəməşq yaxınlığındakı Qutaya Suriya və Rusiya hərbi təyyarələri ilə irimiqyaslı hücumu müdafiə edib. Müstəqil monitorinq qrupu iki gün ərzində bu ərazidə azı 250 dinc sakinin öldürüldüyünü bildirir.

«Terrorçuluqla mübarizə heç nəylə məhdudlaşdırıla bilməz», – Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 20-də deyib.

Lavrov bildirib ki, Qutaya Əl-Qaidə təşkilatının bir qanadı, terror təşkilatı kimi tanınan Əl-Nüsra islamçı qrupu sığınıb.

 

«Hələbdəki dəhşətlər təkrarlanır»

 

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert (Heather Nauert) Amerika Birləşmiş Ştatlarının Rusiya və Suriyanın istifadə etdiyi «mühasirə və aclıq taktikası»ndan «dərindən narahatdır».

«Hələbin şərqində baş vermiş dəhşətlər şərqi Qutada təkrarlanır, mühasirəyə salınmış dinc sakinlərin qətli davam edir, humanitar qurumlara çıxış yoxdur», – sözçü deyib.

Nauert tərəfləri zorakılığı qeyd-şərtsiz dayandırmağa, Rusiyanı isə Əsəd rejimi və müttəfiqlərinə dəstəyi kəsməyə çağırıb. «Onlar hücumlara görə, şərqi Qutada ağır humanitar vəziyyətə, dəhşətli sayda mülki şəxslərin ölümünə görə cavabdehlik daşıyırlar», – o bildirib.

BMT-nin Suriya üzrə elçisi Stefan de Mistura (Staffan de Mistura) xəbərdarlıq edib ki, Qutada döyüşlərin qızışması Hələb uğrundakı qanlı döyüşlərin təkrarına çevrilə bilər. Dəməşq bir neçə illik savaşdan sonra 2016-cı ilin sonunda Hələbə nəzarəti tam ələ alıb.

Suriya xarici işlər nazirliyi Qutadakı yaraqlıları Dəməşqi hədəfə almaqda, adamlardan «canlı sipər» kimi istifadə etməkdə suçlayıb.

Qutadakı fraksiyalar fevralın 20-də Dəməşqi top atəşinə tutub, 6 nəfər öldürülüb, 28 nəfər yaralanıb, bunu Suriya dövlət televiziyası bildirib.