vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
00:48 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 1809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejiminin kabusu

İran iqtidarı və sufi dərvişlər arasında toqquşmalar

Gülnaz İSFANDİYARİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın təhlükəsizlik qüvvələri və Qonabadi dərvişlər arasında bu yaxınlarda toqquşmalar ibadət yerləri dağılmış və üzvləri həbs edilmiş dərvişlərin illərdir qarşılaşdığı təqiblərin ardınca baş verir.


Qonabadi dərvişləri kimdir?

 

Nemətullahi Qonabadi icması İranda ən böyük sufi qrupudur. Qrupun Tehran və İsfahan kimi böyük şəhərlərlə yanaşı, ölkənin hər yerində üzvləri var. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında oruc tutur. Onların gündəlik ritualına şerlər oxumaq da daxildir.

Qonabadi dərvişlər Sufiliyə həyata Allaha yaxın olmağın bir yolu kimi baxır. Onlar narkotiklərdən istifadənin əleyhinə çıxış edir və tolerantlığa çağırır. Amma bundan daha önəmlisi odur ki, onlar din və siyasətin ayrı olmalı olduğuna inanır.

Onların lideri Parisdə təhsil almış 90 yaşlı Nurəli Tabandedir. O, 1979-cu ildən əvvəl və sonra bir neçə siyasi məhbusun müdafiəçisi olub. Dərvişlər deyir ki, Tabandenin təhlükəsizliyi onlar üçün «qırmızı xətt» deməkdir.

Son həftələr onlarla dərviş Tabandeni müdafiə etmək üçün onun Tehranın şimal hissəsindəki evinin qarşısında oturaq aksiya keçirib.

 

Tehran onlara nə üçün təhlükə kimi baxır?

 

İranın dini isteblişmenti uzun müddətdir dində monopoliyaya təhlükə hesab etdiyi hər hansı qrupa qarşı çıxır.

Dərvişlər deyir ki, onların dövlət tərəfindən təzyiqlərlə qarşılaşmasının səbəbi qrupun artan populyarlığı ilə bağlıdır. Onlar İranda və ölkənin hüdudlarından kənarda üzvlərinin sayının 2 milyonla 5 milyon arasında olduğunu bildirir. Dərvişlərin bildirdiyinə görə, onların sıx birləşmiş icmasında birlik İran rəsmilərini narahat edir.

Bəzi mühafizəkar din xadimləri Sufiliyi İslama təhlükə adlandırır. Qumda yüksək səviyyəli din xadimi olan Ayətullah Hüseyn Nuri Həmədani 2006-cı ildə bildirmişdi ki, sufilər siyasətə qarışmamaqla İslamı zəiflədirlər. Sərt xətt tərəfdarları həm də dərvişləri onda ittiham edirlər ki, xarici qüvvələr İran cəmiyyətində parçalanma yaratmaq məqsədilə onlardan istifadə edir.

2007-ci ildə özlərini Qum seminaristləri adlandıran qrup tərəfindən dərc edilmiş məktubda Sufiliyin təhlükələri ilə bağlı xəbərdarlıq edilib və rəsmilər daha sərt davranmağa çağırılıb.

«Amnesty International» təşkilatı 2010-cu ildə Ali dini rəhbər Ayətullah Əli Xameneyinin dərvişləri «yeni yaradılmış saxta mistika dairələri» kimi məhkum etməsindən sonra dərvişlərə qarşı təqiblərin artdığını qeyd edir.

Allahla birbaşa vəhdət yarada bildiklərinə inanan sufilərə İranda uzun müddətdir fərqli münasibət mövcuddur. Gərginliklər İslam respublikasının yaradılmasından sonra daha da artıb, belə ki, sufilərə dövlət səviyyəsində tolerantlıq azalıb.

 

Onlar hansı təzyiqlərlə qarşılaşır?

 

Dərvişlər dövlət tərəfindən təzyiqlər və təhqirlər haqda illərdir şikayət edir.

Onların bəzi ibadət yerləri son illərdə dağıdılıb, qrupun yüzlərlə üzvü saxlanılıb, onlarla üzvü isə həbs və şallaq cəzaları alıb, ya da xaricə sürgün edilib.

2006-cı ildə sufilərin Qumda ibadət yeri dağıdılıb və min dərviş yüzlərlə insanın xəsarət aldığı toqquşmalardan sonra saxlanıb. Rəsmilər sufilərin prezidentə məxsus binanı ibadət yerinə çevirdiyini və onu boşaltmaqdan imtina etdiyini iddia edib.

Dərvişlər həmçinin rəsmiləri tərəfdarlarını hökumət işlərindən çıxarmaqda və Qonabadi qrupu ilə əlaqələrinə görə universitetlərdən xaric etməkdə ittiham edib.

Nyu-Yorkda qərargahlanan İranda İnsan Haqları Mərkəzi Qonabadi dərvişləri qrupunun üzvü Sepideh Moradi Sarvestaninin «rəsmilər tərəfindən qəbulediləz hesab edilən fəaliyyətlərlə məşğul olmamaq andı vermədiyinə görə» fevralın 3-də Tehranın Tərbiyət Modares universitetindən xaric edildiyi haqda məlumat verib.

2013-cü ildə azı altı sufi Majzooban.org saytı ilə əlaqələrinə görə 7 il yarımdan 10 il yarım müddətinə qədər həbs cəzası alıb. Veb sayt dövlətin dərviş qrupunun üzvlərinə qarşı təzyiqləri haqda məlumat verir və bu məlumatları sosial mediada yayır.

 

Dərvişlər bu təzyiqlərə müqavimət göstərirmi?

 

Dərvişlərin çoxu İran dövləti tərəfindən təzyiqlərə etirazlar, oturaq nümayişlər, aclıq aksiyaları, ya da hüquqlarının təmin olunması tələblərilə məktub kampaniyaları ilə müqavimət göstərir.

2014-cü ildə yüzlərlə dərviş həbsdə aclıq aksiyası keçirən sufilərə dəstək bildirmək və rəsmiləri Qonabadi dərvişlərinin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi vətəndaş hüquqlarına hörmət etməyə çağırmaq məqsədilə Tehranın baş prokurorunun ofisinin qarşısında toplaşmışdı.

Onlar həmçinin qarşılaşdıqları təzyiqlər haqda məlumatlandırmanın artırılması və «rəsmi xəbərlərdə boykot»a son qoyulması məqsədilə sosial mediada xəbərlər və məlumatları artırır.

 

Beynəlxalq ictimaiyyətin məsələyə münasibəti

 

İranda dərvişlərə qarşı təzyiqlər BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi və ABŞ Dövlət Departamentinin hesabatlarında öz əksini tapıb.

İnsan haqları qrupları uzun müddətdir İranı azlıqların hüquqlarını pozmaqda ittiham edir. İran bu ittihamları rədd edir.

 

Son hadisələr

 

Bu yaxınlarda müşahidə edilən toqquşmalar dərvişlərin deyildiyi kimi, Tabandenin iqamətgahını mühafizə etmək məqsədilə Tehrana səfər etmiş icma üzvünün həbsindən sonra baş verib.

İranın İslam İnqilabı Qvardiyası Korpusu ilə əlaqəsi olan yarı-rəsmi Fars xəbər agentliyi fevralın 19-da sufi qrupunun üzvünün avtobusu polis zabitlərinin üzərinə sürərək, üç nəfəri öldürdüyü və onun həbs edildiyi haqda məlumat verib.

Majzooban.org «Telegram» sosial media platformasında sufilərin iştirakını rədd edib.

Lakin Qonabadi icmasının üzvlərinə iqtibas edən İran mediası qrupun bir üzvünün toqquşmalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi haqda xəbər verib.

Avstraliyada qərargahlanan Majzooban.org dərgisinin redaktoru Fərhad Nuri «Fərda» radiosuna dərvişlərin hadisədə iştirak etmədiyini və zorakılıq yaratmaq istəyən müxalif fəalların günahlandırılmalı olduğunu bildirib.

«İran iqtidarına qarşı zorakılıq aktları yaratmağa çalışan müxalif qruplar var», Nuri Fərda radiosuna müsahibədə deyib.

O bildirib ki, dərvişlər son on ildə heç vaxt zorakılığa yol verməyib, «onlar özlərini zorla müdafiə edə bilir», o bildirib.

Video görüntülərdə bəzi dərvişlərin əlində dəyənək və bıçaq olması ilə bağlı sualın cavabında isə o, «hücuma məruz qalanda özünüzü müdafiə etmək üçün nə etməlisiniz?» sualını verib.

«Dərvişlər inanır ki, onların hamısı bir-birinə bağlıdır, əgər birinə hücum edilirsə, başqaları ona yardıma gəlir», o əlavə edib.