vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
13:46 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 1786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Din və qadın istismarı ittihamı

Adnan Oktarın «kediciklər»inə efir qadağası qoyuldu!

Türkiyəli din adamı Adnan Oktarın «kedicik»ləri bundan sonra efirə çıxmayacaq. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Adnan Oktarın özü açıqlayıb.

Son günlər «kedicik» kimi tanınan qadınların geyimi Türkiyənin Ali Radio və Televiziya Qurumunda və xalq arasında müzakirələrə səbəb olmuşdu.

«Xanım dostlarımızda dekolte olmasın dedilər. Həmin xanımlar artıq proqrama çıxmır. Mən də kökündən çözdüm» - deyə, Adnan Oktar deyib

Jurnalist Nevşin Mengünün «Siz şeyxsinizmi?» sualına isə o, «mən belə şeyləri bilmirəm» deyə cavab verib.

Qeyd edək ki, «kedicik» kimi tanınan qadınlar Adnan Oktarın verilişlərində açıq-saçıq geyimdə iştirak edir, musiqi sədası altında rəqs edirdilər. Türkiyənin Ali Radio və Televiziya Qurumunun son hesabatında kanalda din və qadın istismarı olduğu barədə xəbər yayılmışdı.