vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
13:55 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 1768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birjalar tərəddüddə

Neft yenidən ucuzlaşmağa başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Birjalarda xam neftin qiyməti sutka ərzində bahalaşdıqdan sonra yenidən ucuzlaşıb.

APA TV-nin məlumatına görə, «Brent» markalı neftin bir bareli 65,38 dollara qədər yüksəlib. Hazırda bu marka 64,97 dollardan satılır. Qərbi Texas nefti (WTI) isə 61,70 dollara qədər yüksələrək yenidən 61,09 dollara düşüb.

Bu gün ABŞ-ın neft ehtiyatlarının həcmi barədə rəsmi hesabatı açıqlanacaq. Ümumilikdə həftə ərzində ehtiyatların 3 milyon barel artması ehtimal olunur. Amerika Neft İnstitutunun hesabatına görə isə ehtiyatlar 907 min barel azalıb.

ABŞ-da ehtiyatların və istehsalın artması OPEK-in hasilatı azaltmaqla qiymətləri bahalaşdırmaq siyasətinin təsirini azaldır. Buna görə qiymətlərin ucuzlaşması və bu prosesin davam edəcəyi gözlənilir.