vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
15:50 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TSQ xəbərdarlıq etdi

«Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrin bölgəsi istiqamətində hərəkət edən bütün qüvvələri məhv etmək barədə əmr alıb. Türkiyə SQ-nin Baş Qərargahı bu qərarı «Suriya Xalq Qüvvələri» qruplaşmasının Afrinə girmək cəhdinin qarşısının alınmasından sonra qəbul edib.

Bundan başqa, qeyd olunur ki, Türkiyə jandarm qüvvələri və xüsusi təyinatlı polisi Afrində terrorçulardan təmizlənmiş ərazilərə daxil olub.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi «Zeytun budağı» əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1.829 nəfərə çatıb. Son sutkada 49 terrorçu məhv edilib.

Bu müddət ərzində Afrində 93 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. «Zeytun budağı» adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin «F-16» təyyarələri də cəlb olunub.