vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
18:13 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatlar hökuməti bütün sirləri açmağa çağırır

Ofşordakı şirkət sahiblərinin adı hüquq-mühafizəçilərinə ötürülə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Britaniyanın millət vəkilləri Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar.

Cənnət və Panama sənədləri üzrə araşdırmaların üzə çıxardığı mühüm tapıntılar hazırda Britaniya parlamentində müzakirə olunan sanksiyalar və çirkli pulların yuyulmasına qarşı qanunun ikinci oxunuşunda bir daha diqqət mərkəzinə gəlib.

Bu qanun Britaniya Avropa İttifaqını tərk etdikdən sonra blokun müvafiq qanunu əvəz etməlidir.

Lakin Britaniya hökuməti işarə edir ki, o, Britaniyanın okean ərazilərini yeni şəffaflıq qaydalarının qəbuluna məcbur etməyəcək.

Bu, faktiki olaraq keçmiş baş nazir Deyvid Kameronun (David Cameron) vədlərinin üstündən xətt çəkilməsi deməkdir. O bütün dünya ölkələrini korrupsiya ilə mübarizədə birləşməyə çağırmışdı.

Bir neçə millət vəkilləri tələb ediblər ki, Britaniyanın keçmiş müstəmləkə əraziləri onlardakı ofşor şirkətlərin əsl sahib və mənfəətdarlarının qeydiyyat kitabını dərc etməyə məcbur edilsinlər.

«The Guardian» yazır ki, Birləşmiş Krallıq 2016-cı ildə mənfəətdar şirkət sahiblərinin ayrıca ictimai reyestrini yaradıb və belə bir qaydanın Britaniyadakı mülkiyyətə də şamil ediləcəyini vəd verib.

Lakin Britaniyanın taxt-tac və dəniz əraziləri ofşor şirkətlərin əsl sahiblərinin adlarını yalnız hüquq-mühafizə orqanlarına, o da tələb edilərsə verməyə borcludurlar. Başqa sözlərlə ictimaiyyətin bu reyestrə girişi yoxdur.

«Reyestrlər vətəndaş cəmiyyətlərinə, mediaya, jurnalistlərə, QHT-lərə açıq olmalıdır» - mühafizəkar millət vəkili və beynəlxalq inkişaf naziri Endryu Mitçel (Andrew Mitchell) deyib.

Mitçell bildirib ki, Dünya Bankının məlumatına görə Afrikadan, ödənməmiş vergilər şəklində bu qitəyə verilən bütün yardımlardan daha çox pul oğurlanır.

«Biz yoxsul Afrika qarşısında, həm də öz vergiödəyənlərimiz qarşısında bu qalmaqala son qoyulması üçün addım atmağa borcluyuq» - deyib millət vəkili.

Parlamentin ictimai hesablar komitəsinin keçmiş sədri ledi Marqaret Hodc (Margaret Hodge) da bildirib ki, bu daimi qalmaqallara son qoymağın vaxtıdır.

O, öz çıxışında israilli brilyant milyarderi Dan Gertlerlə bağlı əhvalatları yada salıb.

Cənab Gertler hazırda ABŞ sanksiyaları altındadır. Millət vəkili bunu da xatırladıb ki, neftlə zəngin Anqolanın dövlət neft fondunun meneceri Jan Klod Bastos (Jean-Claude Bastos) Britaniyanın ofşor ərazilərində bir neçə məxfi balıqqulağı şirkətlərinə pullar yatırıb.

Bu adamların hər ikisinin adları Cənnət sənədlərində olsa da, onlar heç bir qanunsuz iş görmədiklərində israr edirlər.

Hodc deyib ki, Şimali Koreyanın Britaniyanın Vircin və Ancuilla adalarından istifadə etməklə ABŞ sanksiyalarından yayınmasına dair «The Guardian» qəzetinin iddiaları narahatlıq doğurmaya bilməz.

Kölgə xarici işlər naziri Helen Qudman (Helen Goodman) deyib ki, ofşorlardakı şirkətlərin həqiqi sahiblərinin adlarının ictimaiyyətdən gizlədilməsi yolverilməzdir.

Lakin hökumətin nümayəndəsi, xarici işlər nazirinin müavini Alan Duncan deyib ki, hökumət ofşor əraziləri şirkət sahiblərinin adlarının açıqlanmasına yalnız bu barədə qlobal qaydalar müəyyənləşəndən sonra məcbur edəcək.

O deyib ki, Avropa İttifaqının qaydaları hələ qlobal qayda sayılmamalıdır.

Millət vəkilləri habelə Cənnət sənədlərinin özəyini təşkil edən «Appleby» hüquq firmasının «The Guardian» və BBC-yə qarşı məhkəmə işi açmasını tənqid ediblər.

Kölgə maliyyə naziri Anneliz Dodds (Anneliese Dodds) isə hökuməti «jurnalistləri, onları təkləyən «Appleby»dən açıq şəkildə müdafiə etmədiyinə görə» tənqid edib.

«Appleby» iddia edir ki, onun sənədləri hakerlər tərəfindən oğurlanıb və onlardan heç birinin dərci ictimai maraqda olmayıb.

Firma hər iki media qurumunun cərimələnməsini və onlara gələcəkdə hər hansı sızmış sənədlərin dərcinin qadağan olunmasını tələb edir.

Bu ayın əvvəllərində isə Avropa Parlamenti həmin bu «Appleby» şirkətinin özünün vergidən yayınma əməllərində iştirakına dair cinayət işinə başlanmasını elan edib.