vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
18:24 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2016 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın məhvi planı

Əhali xilasın mümkün olmadığını anlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ, Rusiyadan fərqli olaraq, ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmik məkandan hərbi hədəflər üçün istifadə üzrə layihələrə malikdir».

Publika.az «RİA-Novosti» agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmasterin fikirlərini şərh edən «Vətən Arsenalı» jurnalının kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib.

«Rusiya kosmosun hərbiləşdirilməsinə qarşı amerikalılara müqavilə təklif edirdi. Müqavilə Antarktida kimi silahsız sahələr statusunun kosmos üçün də möhkəmləndirilməsini nəzərdə tuturdu. Amma amerikalılar bu müqavilənin bir çox müddəaları ilə razı deyillər. Rusiya hələ ki kosmosun hərbiləşdirilməsi üzrə proqramlar həyata keçirmir. Amerikalılardan fərqli olaraq, Rusiya belə hazırlıq aparmır. ABŞ-da ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmosun hərbiləşdirilməsinin bir neçə layihəsi var», - Leonkov deyib.

Onun sözlərinə görə, ABŞ Yer kürəsinə «Allahın əsası» ilə kosmosdan ani zərbənin vurulmasını planlaşdırır: «ABŞ orbitə elə aparatları çıxarmaq istəyir ki, Yer kürəsinə «Allahın əsası» adlı sərtgövdəli ərintilərdən ibarət oxlar ata bilsin. Onlar hesablayırlar ki, əgər bu oxları yaşayış məntəqələri, məsələn, Moskva kimi şəhərlərə atsalar, onlar saniyədə yeddi kilometrə qədər sürətlə uçacaqlar və kinetik zərbə alınacaq. Bu halda, nüvə partlayışından fərqli olaraq, heç bir ionlaşdırıcı yoluxma olmayacaq, amma genişmiqyaslı dağıntılar olacaq. Aydındır ki, belə oxları vurmaq praktik olaraq mümkün deyil, çünki dünyada hava hücumundan müdafiə sistemləri hələ heç bir meteoridi vurmayıb».

O əlavə edib ki, amerikalılar orbitə çıxarılacaq avia-kosmik sistemlər üzərində işləyirlər. Leonkov qeyd edib ki, raket hücumu haqqında xəbərdarlıq sisteminin köməyi ilə belə sistemi qeydə almaq kifayət qədər çətindir.

Xatırladaq ki, ABŞ Milli Kosmik Şurasının iclasında çıxış edən Herbert Makmasterin sözlərinə görə, ABŞ kosmik müdafiənin maliyyələşdirilməsini artırır. Prezidentin köməkçisi qeyd edib ki, ABŞ kosmosda müharibə istəmir, amma bu müharibəyə hər zaman hazır olmalıdır: «Kosmos artıq yer, dəniz və hava kimi hərbi domen olub. Biz konflikti kosmosa daşımaq istəmirik, amma əgər burada savaş yaşansa, ABŞ buna hazır olacaq. Kosmosda gərginlik ABŞ-ın düşmənləri ucbatından artır», - o bildirib.

Makmaster konkret ölkələrin adlarını çəkməyib, amma ABŞ daha əvvəllər bəyan edib ki, Çin və Rusiya kosmosun hərbi istifadəsi üzrə səyləri artırır.

Makmaster qeyd edib ki, ABŞ prezidenti tərəfindən təklif edilmiş 2019-cu il maliyyə ilində kosmik müdafiə imkanlarının maliyyələşdirilməsinin artırılması üçün 1 milyard, sonrakı beş ildə isə 8 milyard dolların ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, kosmik məkanın hərbiləşdirməsi 1967-ci il tarixli beynəlxalq müqavilə ilə qadağan edilib.