vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:44 | 23 fevral 2018 | Cümə Məqaləyə 1293 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

26 metr uzunluqda, 1.6 metr enində ...

... nəhəng torpedo Amerika sahillərini məhv edə bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanı qorxuya salan və beynəlxalq hərbi-siyasi çevrələrin müzakirə mövzusuna çevrilən Rusiyanın «Status-6» torpedosu haqqında bu ölkənin hərbi-sənaye kompleksi ilə yaxın olan mənbələr daha dəqiq məlumatlara malikdirlər.

Ancaq bu nəhəng atom sualtı gəmisinin müəyyən konstruksiyaları və gücü barədə Qərb mətbuatında silsilə yazılar dərc edilir.

«Status-6» maye reaktordan ibarətdir və qeyd olunur ki, bu, saatda 55 kilometr sürətə malikdir.

Lakin bəzi mənbələrin bu sürətin saatda 100-185 kilometr olduğunu söyləyir. «Status-6» 1000 metr dərinlikdə yerləşə bilir, uzunluğu 26 metr, eni isə 1.6 metrdir.

Hərbi sahə üzrə ixtisaslaşan nüfuzlu «The National İnterest» nəşri yazıb ki, bu xəbərlər , «Status-6»nın doğurdan da, ən qorxulu hərbi dəniz nüvə silahı olduğunu göstərir.

Məlumata görə, Rusiyanın 100 meqatonluq nüvə torpedosu Amerikanın şərq sahillərini bir zərbə ilə məhv etməyə qadirdir. Rusiyadan olan mənbə bu barədə bildirib:

«Bu pilotsuz sualtı aparat radioaktiv çirklənmə yaratmaq yolu ilə rəqibin iqtisadiyyatını məhv etməyə qadirdir. Bu aparat eyni zamanda hərbi dəniz qüvvələrinin bazalarını, təyyarədaşıyan qrupları, yerüstü aviasiya bazalarını məhv etmək gücündədir».

Lakin amerikalı analitik Brayan Klark hesab edir ki, «Status-6» ilə bağlı fikirlər şişirdilir və bu silah mükəmməllikdən uzaqdır. Onun fikrincə, «Status-6»nın hazırlanmasında real texniki çətinliklər yarana bilər, çünki 100 meqaton fövqəladə dərəcədə ağırlıq gətirə bilər.

Nüvə silahı üzrə ekspert Ceffri Luis Amerika bu silahdan müdafiə olunmaq üçün sistem yarada biləcək.

«Məncə, bu, ballistik raketlərin zərərsizləşdirilməsindən daha asan olacaq», - deyə o bildirib.

Bununla belə, bəzi ekspertlərin fikrincə, Rusiyanın bu silahının üstünlüyü onun raket əleyhinə bütün müdafiə sistemlərini yara bilməsindən ibarətdir. Bu isə soyuq müharibənin sürətlənməsinə rəvac verən simptomdur.