vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
20:03 | 23 fevral 2018 | Cümə Məqaləyə 2643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazarda 1367 ədəd virtual pul dolaşır

Milyardlarla avro kripto valyutalar vasitəsilə «yuyulur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər il 3,4 və 4,5 milyard avro dəyərində çirkli pulların kriptovalyutalara yatırıldığı təxmin edilir. «Avropa Polis Təşkilatı» bu «qaranlıq trafiki» dayandırmağın yollarını axtarır. Kriptovalyutalar arasında ən tanınmışı «Bitcoin» olsa da, hazırda bazarda 1367 ədəd rəqəmsal pul dolaşır.

Dövriyyədə olan 7467 kriptovalyutanın ümumi bazar dəyəri isə 613 milyard dollardır. Bu bazarda transfer trafikini izləmək olduqca çətin olduğu üçün silah və narkotik ticarətində rəqəmsal pulların istifadəsi getdikcə artır. Bu pullara heç bir ölkənin mərkəzi bankı tərəfindən nəzarət olunmadığına görə, onların izlənilməsi də çətindir.

Kriptovalyutalar arasında son aylar ərzində yüksək artım tempi göstərən isə Monerodur. Artıq elektron ticarət portallarının əksəriyyəti bu kriptovalyuta ilə ticarətdən vergi tələb edir. Bundan başqa, ölkələrin əksəriyyəti artıq kredit kartları vasitəsilə «Bitcoin» də daxil olmaqla kriptovalyutaların alınmasına qadağa qoyublar. Ümumilikdə isə 8 milyon ədəd kredit kartı Avropa banklarının qərarı ilə elektron pul almaq imkanından məhrum edilib.