vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
21:28 | 25 fevral 2018 | Bazar Məqaləyə 2869 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada sensasion çəkiliş

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi «Su-57» qırıcılarını görüntülədi

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail kəşfiyyat peyki ötən həftə Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilən «Su-57» beşinci nəsil qırıcıları görüntüləyib.

Virtualaz.org xəbər verir ki, qırıcılarının fotoları «İmage Sat İntl.» şirkəti tərəfindən yayılıb. Bu şirkət öz peykləri ilə çəkilişlər aparır və vizual verilənlərin analizini aparır. Fotoşəkillər «Eros B» peyki trəfindən çəkilib.

Şəkillərin analizi göstərir ki, Rusiyanın yeni döyüş təyyarələri uçuşa hazırdır. Lakin onların əməliyyat imkanları məlum deyil, çünki təyyarələrin sınaqları hələ davam edir. Ekspertlərə görə Su-57 təyyarələrinin Suriyada yerləşdirilməsi onların real döyüş şəraitinə sınaqdan keçirilməsi məqsədi daşıyır.