vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
11:44 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3004 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meyvə çayının dişlərə təsiri məlum oldu

Tərkibində turşu olan içkilər eroziya yarada bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Meyvə çayları və əlavə təm verilmiş su növləri kimi turş tərkibli içkilər dişin yeyilməsinə səbəb ola bilər, yeni elmi tədqiqatın nəticələrində göstərilir. Onun yekunları Britaniyanın «British Dental Journal» dərgisində dərc olunub.

Tədqiqatçılara əsasən, xüsusən də yeməklər arasında içilən turşulu içkilərə görə dişdə eroziya əmələ gələ bilər.

Alimlər hesab edir ki, yeməklər arasında qəlyanaltı edənlərin sayı artdıqca bu problem daha da kəskinləşir.

«King's College London» Universitetinin keçirdiyi araşdırmada diş eroziyasından əziyyət çəkən 300 pasient iştirak edib.

Alimlər meyvə şirələri, diet, şəkərli və təmli içkilərin tərkibində turşunun olduğunu bildirirlər.

Belə mayeləri ağızda mümkün qədər az saxlamaqla içmək tövsiyə olunur.

«Qəlyanaltı edərək bir alma yeyəcəksinizsə, həmin axşam tərkibində turşu olan başqa bir şey yeməməyə çalışın», - araşdırmanın müəllifi dr. Suirse O'Tule (Saoirse O'Toole) deyir.

«Əgər axşam bir badə şərab içəcəksinizsə, onda səhər meyvə çayından imtina edin.

Sadəcə qidalanmada balans saxlayın».

 

Tərkibində turşu olan içkilər hansılardır?

 

Alkoqol

Meyvə çayları

Dad əlavə edilmiş su

Meyvə şirələri

Diet içkiləri

Şəkərli içkilər

 

Tərkibində turşu olmayan içkilər hansılardı?

 

Su

Çay

Qəhvə

Süd

Qazlı su