vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
12:53 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı Ağ Evə təklif göndərməyə hazırdır

Azərbaycandan ABŞ-ın sanksiya xəbərdarlığına cavab

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər bölgədə Rusiya-Amerika münasibətlərinin gərginləşməsi fonunda Cənubi Qafqaz ölkələrinin sanksiya siyasəti ilə üz-üzə qalması məsələsi gündəmdədir. Xüsusilə, Amerikanın Rusiyaya sanksiya tətbiq edəcəyi təqdirdə işğalçı Ermənistanın bu siyasətə məruz qalacağı istisna deyil.

Amerika Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib ki, Amerikanın rəqiblərinə qarşı sanksiyalar yoluyla təsirlər göstərilməsini nəzərdə tutan qanun (CAATSA) çərçivəsində tətbiq edilən sanksiyalar nəticəsində artıq Rusiyanın hərbi-sənaye kompleksi 3 milyard dollarlıq sövdələşmə itirib.

«Mahiyyətcə bu sövdələşmələrin pozulması cəza tədbiridir. Niyə? Ona görə ki, Rusiya büdcəsinə daha az vəsait daxil olur. Beləliklə də bu tədbirlər Rusiyanı məsuliyyətə cəlb etmək baxımından uğur hesab edilə bilər», - Dövlət Departamentinin sözçüsü bildirib.

Hizer Noyert deyib ki, xaricdəki bütün Amerika diplomatik missiyalarına Rusiya ilə işgüzar münasibətlərin, ilk növbədə hərbi-sənaye kompleksi ilə tərəfdaşlığın məhdudlaşdırılması üçün səylər göstərmək tapşırığı verilib.

Belə olan təqdirdə Amerika Azərbaycana sanksiya tətbiq edə bilərmi?!

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü  Zahid Oruc açıqlamasında mövzuya münasibət bildirib.

 

Amerikaya nə etmişik?!

 

Deputat deyib ki, son vaxtlar Amerika yetkililəri xüsusilə, milli təhlükəsizlik sferasına  bağlı olan şəxslər tərəfindən verilən açıqlamalar əsasən gərginlikləri, hərbi toqquşmaları proqnoz edən, daha çox ona indekslənmiş mövqelərdir.

«Həmçinin, müxtəlif alqoritmlər üzərindən regional proseslərin ssenarisini söyləyirlər. Doğrudur, belə yanaşa bilərlər ki, bəlkə, bu, həmin laboratoriyalarda hazırlanan  modellərdir. Bölgəni sinxronlaşdırırlar və tətbiq edirlər. Bu rəylər mümkündür.

Digər tərəfdən isə  Azərbaycan Amerikanın hansı maraqlarını tapdalayıb ki, biz onların sanksiyalarının hədəfində olaq?! Neyləmişik?!»

 

«Siyasi itkilərimiz ola bilər»

 

Deputat bildirib ki, bu illər ərzində Qərblə yaxınlaşmaq həddini seçmişik.

«Avropanın müxtəlif mənafeləri üçün bölgədə, uzun yüzillər ərzində formalaşan, dominantlıq edən siyasəti yarıtmışıq.  Azərbaycan Qafqazın geopolitikasını, iqtisadiyyatını, təhlükəsizlik arxitekturasını dəyişdirib. Bunu müqabilində bizi sanksiyalara məruz qoyub nəyə nail olacaqlar?! Axı, bundan daha çox Amerikanın maraqları ziyan çəkəcək.

Azərbaycanın alternativləri var. Düşünmürük ki, Rusiya ilə münasibətlərimizə görə yaxud da, hər hansı üzərimizdən keçən neft texnologiyalarını əsas götürüb bizi Rusiyanı izolyasiyadan çıxarmaqda ittiham etməklə, hansı embarqoların hədəfinə çevirəcəklər. Əlbəttə, bu zaman siyasi itkilərimiz ola bilər». 

Bu suala cavab verə bilərlərmi?!

Zahid Oruc sanksiyalardan danışarkən Amerikanın vaxtilə Azərbaycana etdiyi sanksiyalara nəzər salıb.

«Onsuz da Amerika 1990-cı illərin əvvəllərində Azərbaycana sanksiyalar tətbiq edib. Təəssüf ki, 907-ci düzəlişi biz öz üzərimizdə 9 il daşımışıq. 2011-ci ilin 11 sentyabr hadisəsindən sonra Amerika, Yaxın Şərq, Əfqanıstan və Qafqazları(Cənubi və Şimali Qafqaz) nəzərə alıb həmin sənədin müddətini dayandırıb.  Yeri gəlmişkən, Amerikanın Ermənistana maliyyə yardımının ümumi məbləği 2 milyard 200 milyon dollardır. 

Onun müqabilində Ermənistan bölgədə nə qədər sivilləşib, demokratikləşib, yaxud da nə qədər Rusiyanın təsir dairəsindən çıxıb?! Bu suala cavab verə bilərlərmi?!»

 

«Azərbaycan kənardan silah almağı düşünməyəcək»

 

Milli Məclisin deputatı onu da vurğulayıb ki, Azərbaycan Amerika ilə münasibətlərin yaxşı səviyyədə inkişafında maraqlıdır.

«Biz bunu çox istəyirik. Əksinə, çox arzulayırıq ki, Amerika Azərbaycana silah satsın, hərbi texnika versin. Ukraynaya ayırmaq istədiyi yardımları göstərsin. Biz bunlardan yalnız şad olarıq. Əksinə, bu məsələlərdə də qadağalar qoyublar. Bəs o zaman Azərbaycan Rusiyadan silah almasın nə etsin?!

Amerika bizə uçuş aparatlarını, tankları, müasir raketləri satsın, o zaman Azərbaycan kənardan silah almağı düşünməyəcək. Biz sanksiyaları arzulamırıq. Amerika ilə münasibətlərimizin hamar müstəvidə inkişafına cəhd edirik. Prezident İlham Əliyevin mövqeləri buna xidmət edir. Və biz onlara elə bir əsaslar verməmişik. Azərbaycan alternativ təklifləri Ağ Evə göndərməyə hazırdır ki, hərbi, texnoloji sənaye və digər sferalarda əməkdaşlığa hazırıq».