vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
12:58 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 1843 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEC hasilatı azaldır?

Neftdə tarixi müqaviləyə dair yeni xəbər

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, «Neft hasilatının məhdudlaşdırılması 2019-da azaldıla bilər» deyib.

2016-ci ilin noyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan istehsalçıların tarixi razılaşması ilə başlayan və bu ilin sonuna qədər uzadılan hasilatın məhdudlaşdırılmasının 2019-da azaldılacağı gözlənilir.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, OPEC və müttəfiqlərinin razılaşma ilə azatdıqları hasilatlarını gələn ildən azaltmaları və neft bazarlarında sabitlik üçün daimi bir çərçivə yaradacaqlarına ümid etdiyini deyib.

Falihə görə, məhdudiyyətlər bazarı narahat etməyəcək bir şəkildə azaldılacaq.

Falih, «iş aparılır və bu iş başa çatdıqdan sonra gələcək addımın nə olacağını açıqlayacağıq. Növbəti addım istehsal məhdudiyyətlərinin yumşaldılması ola bilər. Mənim təxminimə görə, bu 2019-cu il ərzində olacaqdır. Ancaq nə vaxt və necə olacağını dəqiq bilmirəm», deyib.

OPEC-in hasilatın azaldılması müqaviləsinin necə sona çatdırılacağına dair strategiya üzərində işləməyə başladığını 2017-nin Dekabr ayında mətbuat yazmışdı.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına  Azərbaycan da qoşulub.