vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TEXNİKA  
23:13 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nokianın yeni modelləri

«Polad kimi möhkəm» «8 Sirocco» və «nostalji hissi oyadan» «Matrix 8110» təqdim olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Nokia brendi altında smartfonlar istehsal edən Finlandiyanın «HMD Global» şirkəti istehlakçılara yeni Android modellərini təqdim edib. Onların arasında «Nokia 8 Sirocco» və «Nokia Matrix 8110» modelləri xüsusi marağa səbəb olub.

Şirkətin bildirdiyinə görə, «Nokia 8 Sirocco» satışa aprel ayında çıxarılacaq və qiyməti $921 olacaq.

Bu model «Qualcomm 835» prosessoru və «Android Oreo» əməliyyat sistemi ilə işləyir.

Smartfonun çərçivəsi və gövdəsi poladdan hazırlandığından istifadəçilər bu telefonu şalvarın arxa cibində əyilə biləcəyindən narahat olmadan gəzdirə bilərlər.

«Matrix 8110» modeli daha sadə və ucuzdur, smartfonun dizaynı 1990-ci illərin nostalji oyadan sürüşən qapaqlı Nokia telefonlarını xatırladır.

«Kai» əməliyyat sistemi ilə işləyən bu smartfonda mobil tətbiqlərdən yalnız «Google Assistant», «Google Maps» və «Facebook» olacaq, lakin «Twitter», «Snapchat» və «WhatsApp» kimi tətbiqlər olmayacaq.

Bununla belə, şirkətin bildirdiyinə görə, istifadəçilər telefonun «4G GSM» şəbəkəsində işləməsi və qiymətinin 97 dollar olacağından razı qalmalıdırlar.

Eyni zamanda HMD daha üç yeni Android smartfonlarını təqdim edib: «Nokia1», «Nokia6» və «Nokia7+», lakin ən çox maraq doğuran məhz «8 Sirocco» və «Matrix 8110» modelləri olub.