vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
23:36 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abdin Fərzəliyevin də adı hallanan 12 milyonluq fırıldaq

Bakıda Nərimanov rayon icra başçısının etdiyini görən olmamışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə 177 nəfəri aldadanların və onların milyonlarla manat pulunu mənimsəyənlərin işi üzrə sensasion məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə dayananlar cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şıxəliyevdir. S.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir. Dəyən zərərin məbləği isə 12 milyon manatdan çoxdur.

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 196 ünvanda gözdən əlillər üçün tikilən bina 2015-ci ilin dekabrın 24-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi də keçirilib. Və aralarında İcra Hakimiyyətinin məsul şəxsi olmaqla dələduzlara milyonlarla manat verib binadan mənzil gözləyənlərə məlum olub ki, dövlət hesabına tikilən binada mənzilləri satmaq və ya bağışlamaq olmaz. Özlərini «gözdən əlil» kimi tanıdıb ucuz mənzil əldə etmək naminə Gözdən Əlillər Cəmiyyətinə üzv olanlar isə yalnız bundan sonra aldadıldıqlarını başa düşüblər.

Virtualaz.org saytının redaksiyasına müraciət edən zərərçəkmişlər deyirlər ki, dələduz şəbəkəsinin əsas üzvləri Almaniyaya qaçıb. Onları aldadaraq pullarını mənimsəyən «makler» Məzahir Nəsirov da Almaniyadadır. Nəsirov cəmiyyət sədri və icra hakimiyyəti arasında vasitəçi olub, pulu da onun vasitəsilə veriblər. İnterpol tərəfindən axtarışa verilsə də, onun Almaniyadan gətirərək cinayət məsuliyyətinə cəlb olunması yubadılır.

«Məzahir mənə dedi ki, gözdən əlillər üçün tikilən binada aztəminatlı ailələr üçün mənzillər nəzərdə tutulub. Bunun üçün əlillərin yataqxanasında qeydiyyata düşmək və cəmiyyətə üzv yazılmaq lazımdır. 2012-ci ildə pul verib yataqxanada qeydiyyata düşdüm», -zərərçəkmişlərdən Fariz Qəribov bildirib.

Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.

Zərərçəkənlər deyirlər ki, onlara Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmələri ilə bağlı sərəncam da verilib. Sərəncamı icra başçısı imzalayıb, məhz buna görə də Nəsirova inanıblar.

«Məzahir mənə dedi ki, bina hazır olandan sonra püşkatma keçiriləcək. Nərimanovda çoxları Məzahiri icra başçısı Abdin Fərzəliyevin adamı kimi tanıyırdı. Hətta ev almaq istəyən qohumlarına da kömək edəcəyini dedi. Sərəncamdan sonra inandım, 8 nəfər yaxın qohumunu da onunla görüşdürdüm. Ümumilikdə Nəsirova 270 min manat vermişik», - F.Qəribov deyir.

Digər zərərçəkmiş Hicran Mehdiyeva da eyni üsulla aldadılıb. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Mehdiyevanın yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda ev növbəsinə götürülmə icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti şöbəsinə həvalə edilib. Hansı ki, həmin şöbəsinin əməkdaşı Yomətdin Şixəliyev hazırda dələduz kimi məhkəmə qarşısına çıxardılıb.

Şikayətçilərin sözlərinə görə, Məzahir Nəsirovun villası satılıb, 18 nəfərə 750.500 manat zərər ödəyib. Onlar icra başçısı Fərzəliyevin də məhkəməyə gətirilməsini tələb edirlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *