vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SAHİBKARLIQ  
23:53 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2340 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropanın ən varlı adamı dəyişdi

«Zara» brendi sahibinin sərvəti 7 milyard dollar «əridi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Zara», «Bershka», «Pull & Bear» kimi markaları ilə moda sektorunun ən böyüyü olan «Inditex» şirkətinin səhmləri son 3 ilin ən aşağı səviyyəsinə enib.

2017-ci ilin sonunda doğru 36 avro civarında qiymətlər ilə əməliyyat görən İspaniyanın tekstil nəhənginin səhmləri yalnız Cümə günü 7 faiz dəyərdən düşüb və 25 avro olub.

2017-ci ilin sonunda 75 milyard dollardan çox sərvətilə dünyanın ən zəngin 4-cü adamı kimi tanınan «Inditex»in sahibi Amansio Orteqa (Amancio Ortega) da səhmlərdəki ucuzlaşma səbəbilə sərvətindən 7 milyard dollar itirib.

Orteqanın sərvəti, keçən ilin avqust ayında 85 milyard dollara qədər çıxaraq qısa müddətə dünyanın ən zəngini də olmuşdu.

Yalnız cümə günkü azalmada 4.3 milyard dollar itirən Amansio Orteqa, milyarderlər sırasında 67.8 milyard dollarla 7-ci sıraya enib.

 

Bernard Arnault 75 milyard dollarla Avropanın ən varlı adamı oldu

 

Beləliklə Orteqa, Avropanın «ən varlı adamı» adından da olub. «Forbes» milyarderlər siyahısında 75.1 milyard dollar sərvəti olan Fransız iş adamı Bernard Arnault birinci yerə çıxıb. Arnault, eyni zamanda dünya siyahısında da 4-cü sıraya yüksəlib.

68 yaşlı milyarder, Dior, Bulgari, Kenzo, Tag Heuer, Hublot, Don Perignon kimi  markaları olan və dünyanın ən böyük lüks istehlak qrupu olan «LVMH Moët Hennessy Louis Vuitton SE»nin rəhbəridir.

«JPMorgan» analitiklərinə görə, bu nəticə, «Inditex»in ilin əvvəlindəki  tətillər səbəbindən satışlarında durğunluq və ehtiyatlarını əritmək istəyən şirkətin böyük endirimlər etməsi ilə əlaqədardır. «Inditex» noyabr - dekabr ayındakı 5 həftəlik dövrdə isə satışlarını 13 faiz artırmışdı.

Bəzi analitiklər isə, güclü Avro səbəbilə inkişaf etməkdə olan ölkələrin alıcılıq qabiliyyətinin düşməsinə diqqət çəkirlər. Avro bahalaşdığından Avropadan alınan geyimlər də bahalaşır.