vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
15:04 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2315 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınlara orduya qoşulmağa icazə verilir

Səudiyyə Ərəbistanından zərif cinsin nümayəndələri haqları bağlı növbəti addım

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınların silahlı qüvvələrə qoşulmağı üçün müraciətlərin qəbuluna başlayıb. Hərbi xidmətə qoşulmaq istəyən qadınlar cümə axşamınadək Ər-Riyad, Əl-Qasım və Mədinə əyalətlərində əsgər rütbəsində xidmət etmək üçün ərizə verməlidirlər.

Xidmətin döyüşlərdə iştirakı əhatə etmədiyi görünsə də, qadınların təhlükəsizlik sahəsində işləmək imkanı olacaq.

12 tələbə cavab verməli olan namizədlər Səudiyyə Ərəbistanı vətəndaşı olmaqla yanaşı 25-35 yaş arasında olmalıdır. Onlar həmçinin məktəb diplomuna sahib olmalıdır.

Qadınların kişi qəyyumları da - adətən həyat yoldaşı, atası, qardaşı və ya oğlu - işin olduğu ərazidə yaşamalıdırlar.

Qadınları əsgərliyə cəlb etmək qərarı mühafizəkar müsəlman krallığında son aylarda təqdim olunan qadın hüquqlarının artırılması yönündəki islahatlarından biridir.

Kral Salmanın qərarına görə, qadınlar iyun ayından etibarən avtomobil sürə biləcəklər.

Qadın tamaşaçıların futbol yarışlarında iştirakına isə keçən aydan icazə verilib.

Hüquq müdafiəçiləri deyir ki, Səudiyyə Ərəbistanının ayrı-seçkilikli kişi qəyyumluq sistemi hökümətin ləğv cəhdlərinə baxmayaraq bütövlüyünü qoruyur.