vaxtlı-vaxtında oxuyun! Bazar, 20 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
15:12 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmpiçment TRAMPlini

Daha bir vəkil « ABŞ prezidentinin axırının çatdığını» deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb. «The Independent» yazır ki, ABŞ-da prezident Niksonun hakimiyyətinə son qoymuş «Watergate» qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Trampın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.

1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Riçard Niksonun (Richard Nixon) vəkili olmuş 79 yaşlı Con Din (John Dean) o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.

İndi isə Din deyir ki, Rik Qeytsin (Rick Gates) təqsirini boynuna alması Trampın prezidentlik taleyində həlledici rol oynaya bilər.

«Prokuror Müller Trampın kampaniya başçısı olmuş Manaforta qarşı əlindən nə gəlirsə, edir. O, indi Manafortu, Geytsdən istifadə edərək bitirmək istəyir. Getdikcə daha çox görünür ki, Manafort Rusiya ilə sövdələşmədə əsas zəncirdir», - Din «Twitter»də yazıb.

«Əgər Qeyts Manafortun Trampın göstərişləri ilə hərəkət etdiyini desə, bu, Trampın prezidentliyinin sonu olacaq. Bu, çox tutarlı dəlil olardı», - qocaman hüquqşünas yazıb.

Trampın seçki kampaniyası meneceri Pol Manfortun (Paul Manafort) müavini olmuş 45 yaşlı Rik Qeyts ötən həftə prokuror Müllerin apardığı təhqiqatın gedişində təqsirini boynuna alıb. Müller Trampla Rusiya arasında mümkün sövdələşməni araşdırır.

Qeyts özünə qarşı ittihamlardan ikisi üzrə təqsirini etiraf edib. Bunlardan biri Amerikaya qarşı qəsd və ikincisi isə Federal Təhqiqatlar Bürosuna yalan məlumat verilməsinə dair ittihamdır.

Beləliklə, Qeyts təqsirin etiraf edilməsinə dair sazişi imzalayaraq, təhqiqatla «tam, həqiqi və səmimi» əməkdaşlığa razılıq verib.

İndi belə söhbətlər dolaşır ki, Qeyts Manafortun mühakiməsində ona qarşı əsas şahid kimi çıxış edəcək.

Din başqa bir tvitində yazır ki, Trampın Manafortu əfv edəcəyinə dair söhbətlər məhz buna görə narahatlıq doğurmuşdu.

Lakin hüquqşünas yazır ki, Tramp Manafortu əfv etmək səlahiyyətlərinə malik deyil.

«Beləliklə Manafiorta mat elan edilə bilər», - Din yazıb.

Manafort çirkli pulların yuyulması və qəsd barədə bir çox ittihamlar üzrə təqsirini boynuna almır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *