vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
15:26 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tank çatışmazlığı, zədələnən sualtı gəmi

Dünyanın aparıcı dövlətinin ordusunda böhran ...

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddət əvvəl alman jurnalistlərə Almaniyanın Federal Müdafiə Nazirliyinin məxfi məruzəsindən müəyyən detallarla bağlı informasiyalar sızıb.

Məruzədə qeyd edilib ki, Almaniya Silahlı Qüvvələrində (Bundesver) tanklar və başqa hərbi texnikalar çatışmır.

Xarici KİV-lərə istinadən məlumatına görə, Aşağı Saksoniya vilayətində yerləşdirilmiş 9-cu tank briqadasında olan 44 «Leopard 2» tankından 9-u, 14 «Marder» BMP-lərindən isə yalnız 3-ü döyüş üçün yararlıdır.

Məlumatlara görə, bununla yanaşı Almaniyanın sualtı gəmilərindən heç biri dənizə çıxa bilmir. Almaniya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Hans Piter Bartels bildirib ki, Almaniya donanmasının sualtı gəmilərin istehsalı ilə bağlı işləri heç də yaxşı getmir.

Əslində onun sözlərində böyük həqiqət var. Belə ki, bu yaxınlarda «Type 212A» sualtı gəmisi Norveç sahilində qayaya dəyib zədələndikdən sonra Almaniyanın bu sahədə ciddi problemlərinin olduğu üzə çıxıb.

Beynəlxalq hərbi nəşrlər yazır ki, faktiki olaraq bu gün Almaniyanın sualtı gəmiləri yox dərəcəsindədir.

Hans Piter Bartelsin sözlərinə görə sualtı gəmilərin hazırlanması ilə bağlı maddi təminat problemləri də mövcuddur.

Jurnalistlərin əlinə keçən sənəddə «Eurofighter» və «Tornado» qırıcılarının, «CH-53» döyüş helikopterlərinin döyüş qabiliyyətinin zəifləməsi də etiraf edilib.

Almaniya Müdafiə Nazirliyi bildirib ki, orduda döyüş bacarığı olan hərbi texnikaların çatışmazlığı Bundesverin NATO-nun gələcək əməliyyatlarında iştirakı üçün təhlükə yaradır.

Bundan başqa o da məlum olub ki, Almaniya ordusunda başqa ciddi texniki problemlər də mövcuddur. Söhbət zirehli gödəkçələrin, qış geyimlərinin, çadırların defisitindən gedir.

Eyni zamanda növbəti ildən Almaniya hərbçiləri NATO-nun «Spearhead» («Nizə başı») Operativ Birgə Yüksək Hazırlıq Qrupuna cəlb ediləcək.

NATO-nun bu layihəsində zəruri hallarda Almaniya 48-72 saat ərzində 5 min əsgərin döyüş hazırlığını yoxlamalıdır.

Proqnozlara görə «əməliyyatlar zamanı mobil yerləşdirmə məsələsində» alman ordusu 2021-ci ilə qədər döyüş qabiliyyətini yüksəldə bilməyəcək.

Almaniya parlamentinin (Bundestaq) üzvləri ordudakı çatışmazlıqlara etiraz ediblər.

Bundestaqın Müdafiə Komitəsindən tələb olunub ki, bu vəziyyət aydınlaşsın və problemdən çıxış yolu üçün təkliflər hazırlansın.

Qeyd edək ki, Almaniya ordusunun baş inspektoru, general-leytenant Yorq Folmer də dəfələrlə Bundesverə çoxmilyardlı investisiya qoyuluşunun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Almaniya ordusunun maliyyələşdirilməsi və planlaşdırılması çox yavaş sürətlə gedir və qeyri-qənaətbəşxdir.