vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
20:09 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada dizel maşınlar ucuzlaşacaq

Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Məhkəmənin qərarına əsasən, iri şəhərlər havanı kəskin zəhərləyən dizel avtomobillərini qadağan edə bilərlər.

Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə səbəb olacaq. Avtomobil istehsalçıları isə maşınların modifikasiyalarına bahalı dəyişikliklər etməli olacaqlar.

Analitiklər bildirir ki, Leypsiq məhkəməsinin qərarı Avropada avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək. Qeyd edək ki, son aylar burada normativlərin dəyişməsi və geniş yoxlamalar səbəbindən dizel maşınlarının satışı aşağı düşməkdədir.

Qeyd edək ki, bir neçə il əvvəl «Volkswagen» avtomobillərinin havanı normadan artıq çirkləndirdiyi ortaya çıxıb. Bundan sonra məşhur ekoloji təşkilat olan «DUH» Avropada havanın çirklənməsin normativləri ilə bağlı məhkəməyə müraciət edib.

Bu qalmaqal bütün dünyada siyasətçiləri məcbur etdi ki, onlar dizel yanacağından havaya atılan tullantı qazlarına diqqət etsinlər. Bu qazların tərkibində azot oksidləri var, hansı ki, respirator xəstəlikləri yaradır.

Hazırda Almaniyada 15 milyon dizel avtomobili var. Ekoloqlar bildirir ki, məhz bu səbəbdən alman şəhərlərində havanın çirklənməsi normativlərdən artıqdır. Bu vəziyyət azı 90 şəhərdə var.