Avropa silahlanır
ABŞ isə bunun hesabına daha da varlanır
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Bayden üzərindəki impiçment “buludu”
Demokratlar Konqres qarşısındakı açıq ifadə tələbini “Hail Mary” zərbəsi sayır
-
Yüzillərin iddiası pozuldu
Süni intellektdən kriminalistikaya zərbə
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
Amerikalı analitiklər, Federal Təhqiqatlar Bürosu, xüsusi prokuror Robert Müllerin Donald Trampın seçkiqabağı Rusiya hakimiyyəti ilə əməkdaşlığını araşdırdığı bir zamanda Avropa ölkələri ABŞ raketləri almaq üçün milyardlar xərcləyir.
Avropanın məqsədi isə budur ki, Rusiyadan gələn təhlükəni dəf etsin. Donald Tramp administrasiyası ABŞ Dövlət Departamentinin 300-ə qədər «Patriot» hava hücumundan müdafiə sistemlərinin İsveçə potensial satışını dəstəkləyib.
Lakin 25 milyardlıq İsveç kronuna başa gələcək bu satış məsələsini ABŞ Konqresi mütləq təsdiqləməlidir.
«Patriot» zenit-raket kompleksləri hava hücumundan müdafiə üçün effektiv silahdır, o kiçik və orta mənzilli raketləri, pilotsuz təyyarələri zərərsizləşdirməyə qadirdir.
Avropada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə isə Rusiya qəzəblə yanaşır. Hərbi analitiklər düşünür ki, ABŞ və Avropanın müttəfiqliyi Rusiya təhlükəsinin qarşısını almaq üçün yetərli deyil.
«Bu cür sazişlər Rusiyanın artan hərbi fəallığına effektiv cavab deyil. Çünki Rusiya öz aviasiyasını və uzaq mənzilli raketlərini daha da müasirləşdirməyə hazırlaşır», - bunu ABŞ-ın Atlantik Şurasının Transatlantik təhlükəsizliyi mərkəzi üzrə direktoru Maqnus Nordenman CNN-ə deyib.
Amerikanın və Avropanın hərbi strateqləri Rusiyanın Avropa sərhədlərinə raket yerləşdirməsindən dərin narahatlıq keçirir.
«Rusiya silahları, sistemləri indi çox böyük gücə malikdir», – analitik Nordenman bildirib.
«İsgəndər» qorxusu
2017-ci ilin noyabrında aydın oldu ki, İsveç hökuməti Amerika istehsalı olan zenit-raket komplekslərini almaq barədə qərar qəbul edəcək. Amma İsveçin müdafiə naziri Piter Hultkvist bunu Rusiya təhdidinə qarşı addım kimi dəyərləndirmək istəməyib.
Hər halda Avropada «Patriot» raketlərinə maraq azalmayıb, xüsusilə də Rusiyanın Kalininqrad vilayətində «İsgəndər» raketlərini yerləşdirilməsindən sonra.
Ən təhlükəlisi isə budur ki, "İsgəndər" raketləri nüvə başlıqları daşımağa da qadirdir.
««İsgəndər» kompleksləri 500 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Bu qonşu ölkələri vurmaq üçün kifayətdir» – bunu isə Norveç Silahlı Qüvvələrinin Elmi Tədqiqat İnstitutunun analitiki Tor Bukkvoll deyib.
Hərbi nəşrlər yazır ki, Norveç hazırda hava hücumundan müdafiə sistemlərinə ən çox ehtiyacı olan ölkələrdən biridir.
Rumıniya da Rusiyanın Qara dənizdə hərbi fəallığını artırmasından narahatdır. Buna görədir ki, Rumıniyanın özü də hava hücumundan müdafiə sistemlərinə maraq göstərir.
NATO üzvü olmayan Finlandiya da ölkənin müdafiəsini gücləndirmək üçün silahlanmaya daha çox pul xərcləmək niyyətindədir.
Bu haqda «Reuters» məlumat yayıb.
«Avropanın müdafiə silahlarına marağının artması Rusiya ilə ABŞ arasındakı əlaqələrin fövqəladə dərəcədə pis olmasından xəbər verir. Rusiyaya yaxın ərazilərlə bağlı fikir ayrılıqları var və Moskvanın addımları bu gərginliyin uzun müddət davam edəcəyindən xəbər verir», – Tor Bukkvoll belə hesab edir.
Vəziyyətin dramatikləşməsi isə Rusiya ilə münaqişəli vəziyyəti daha da gərginləşdirir.