vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
17:20 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 1864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Jmıx üstündə basabasdır

Daşoğuz sakinləri un tapmır, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkmənistanda əsas ərzaq məhsullarının qıtlığı davam edir. Virtualaz.org «Azadlıq» radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, un tapılmadığından ölkənin Daşoğuz vilayətində əhali mal-qara üçün nəzərdə tutulan jmıxdan istifadə etməli olur. Qapalı ölkədən yayılan çox nadir videogörüntüdə Daşoğuz vilayətində jmıx yüklü maşının ətrafında yaranmış basabas əksini tapıb. Sakinlər maşından hərəyə bir-iki vedrə jmıx götürmək üçün mübarizə aparırlar.

Bildirilir ki, Türkmənistanda kəskin un qıtlığı və unun qiymətinin sürətlə bahalaşması səbəbindən hətta mal-qara və quş yemi üçün nəzərdə tutulmuş yarmaya da tələbat artıb.

Hazırda Daşoğuz vilayətinin dövlət ərzaq mağazalarında əhaliyə un talonla, ailədəki yetkinlik yaşına çatmış şəxslərin sayına uyğun və hər adama ayda 5 kiloqram olmaqla satılır. Lakin bunun üçün azı beş dövlət idarəsindən arayış gətirmək tələb olunur, ailədəki uşaqlar isə hesaba alınmır.

Üstəlik hazırda mağazalarda əhaliyə 2008-ci ildə istehsal olunmuş və istifadə müddətini çoxdan başa vurmuş un satılır. Sakinlər deyirlər ki, həmin undan pis qoxu gəlir. Bu xarab onu almaq üçün isə 10-15 gün növbə gözləmək lazımdır.

Xatırladaq ki, qaz ehtiyatları ilə zəngin Türkmənistanda milli valyuta olan manatın dollara nisbətdə rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasında 3 dəfəyədək fərq var. Hazırda 1 dollar qara bazarda 12-14 manatdır. Valyuta qıtlığı səbəbindən Türkmənistana ərzaq idxalı çətinləşib.