vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:23 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 1931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin Rusiyası getdikcə sovet Rusiyasına dönür»

«The Washington Post»: «Bu Kremlin növbəti çevik gedişi idi, yoxsa ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın mühacirətdə yaşayan siyasətçisi Vladimir Kara Murza (kiçik) ölkəsindəki son prosesləri «The Washington Post»da yazdığı məqalə ilə təsvir edib.

Kara Murza Rusiyanın getdikcə sovet dövründəki naqisliklərə doğru yuvarlandığını bildirib.

O, kommunistlərin də bu məsələdə Kreml və onun sahibi ilə əlbir olduğunu düşünür:

«Dekabr ayında Gennadi Züqanov partiyasının prezidentliyə namizədinin Pavel Qrudinin olduğunu elan edəndə bir sıra analitiklər Aleksey Navalnının seçkilərə buraxılmamasından sonra namizədsiz qalan şəhərlərdəki etirazçı elektoratın ona səs verəcəyi ehtimalını dilə gətirirdilər.

Lakin kommunistlərin namizədi aşkar surətdə onu göstərdi ki, heç də bu rolu oynamaq fikri yoxdur. Qrudinin kampaniyasının ilk həftələrində Rusiya tarixinin ən bədheybət fiquruna, İosif Stalinə etdiyi andlarla yadda qaldı».

Vladimir Kara Murza buna misal olaraq kommunist namizədin Yekaterinburdakı çıxışını və jurnalist Yuri Duda verdiyi müsahibələri göstərir.

Rusiyalı liberalın fikrincə, bu cür ritorika sayəsində Qrudininə veriləcək səs əslində stalinizmin bəyənilməsidir. «Bu Kremlin növbəti çevik gedişi idi, yoxsa Qrudininin öz başından gəlib, çox söz demək olar. Lakin indi şəhər elektoratı öz səsini müəyyən edib. O, ya Navalnının çağırışına uyaraq seçkiləri boykot edəcək, ya da «Otkritaya Rossiya» təşkilatının elan etdiyi kimi bülletenləri korlayacaq».

Müəllif kommunistlərin və onun namizədinin sovet simvolları qarşısında açıq şəkildə pərəstişinin əslində Kremlin indiki sakinlərinin baxışları ilə üst-üstə düşməsi ilə izah edir. O, son dövrlərdə Andropovun xatirə lövhəsinin açılmasını, sovet himninin qaytarılmasını, prezident Putinin «SSRİ-nin dağılmasını XX əsrin geopolitik fəlakəti hesab etdiyini» xatırladır.

«Sovet simvollarının qaytarılmasının ardınca «köhnə və mehriban» nəzarət metodları da geri gəldi. Buraya televiziyalar üzərində dövlət nəzarətindən tutmuş, seçkilərdəki rəqabətin ləğv olunnmasına qədər hər şey var. Lakin Rusiya seçicilərinə sovet dövrü üçün alışıb-yanan Qrudinin lazım deyil. Bunun üçün onunla eyni düşüncədə hərəkət edən lider onsuz da Kremldə oturub», - müxalif siyasətçi yazır.

Kara Murza məhkəmənin bu yaxınlarda Moskvanın Kaluqa meydanındakı abidəsinin sökülməsinin qadağan olunması ilə bağlı qərarına da toxunub. «Sovet simvollarının saxlanması və reabilitasiyası Putin rejiminin siyasi seçimidir. Moskvalılar və ümumiyyətlə rusiyalılar nə düşünürlərsə-düşünsünlər, nə qədər ki, Putin hakimiyyətdədir totalitar idarəçiliyin simvolları həmişə onların başının üstündə qalacaq», - müəllif yekunda bildirib.