vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:32 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2078 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran nazirinin çıxışına ayaqqabı etirazı

Aksiya iştirakçıları Əlirza Avayinin həbsini tələb etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın ədliyyə nazirinin çıxışı zamanı BMT-nin Cenevrədəki ofisi qarşısına etirazçılar toplaşıb, bəzi diplomatlarsa zalı tərk edib. Söhbət insan haqları pozuntularına görə AB-nin sanksiyalarına məruz qalmış Əlirza Avayidən gedir.

O, fevralın 27-də axşam BMT-nin İnsan Haqları Şurasında çıxış edib, BMT-dəki «qorxulu çatışmazlıqlar»ı pisləyib, Vaşinqtonu və qərb ölkələrini «insan haqlarından siyasi məqsədlər üçün istifadə etməkdə» suçlayıb.

 

Ayaqqabı piramidası

 

Bu zaman BMT qərargahı qarşısında 100-150 etirazçı İranın mühacirətdə olan müxalifət qruplarının istifadə etdiyi bayraqları, «Avayini həbs edin» şüarını qaldırıblar.

Nümayişdə böyük ayaqqabı piramidası qurulub, bu, 1988-ci ildə Avayinin nəzarətiylə qətlə yetirildiyi iddia olunan minlərlə siyasi məhbusu təmsil edir.

Bu həftə açılmış İnsan Haqları Şurasına qatılmış 100-dək tanınmış arasında Avayi ən ziddiyyətli fiqur sayıla bilər.

Brüssel ona sanksiyalar qoyub, Tehranın baş prokuroru olarkən, «insan haqları pozuntuları, qanunsuz həbslər, məhkum hüquqlarının pozulması, edamların sayının artması üçün məsuliyyət daşıdğını» bildirib.

Mühacirətdə olan İran müxalifət təmsilçiləri Avayinin 1988-ci ildə siyasi məhbusların qətliamında aparıcı rol oynadığını iddia edir.

«Amnesty International» insan haqları qrupu o zaman bir neçə ay içində 5 minədək məhbusun öldürüldüyünü, İran müxalifət qrupları isə bu rəqəmin 30 minə yaxın olduğunu deyir.

Avayi tribunaya çıxınca bir neçə diplomat etiraz olaraq zalı tərk edib.

 

Avayi də tənqid edib

 

Çıxışından sonra jurnalistlər ondan tənqidlərə cavab verməsini istəyiblər, cavab vermədən uzaqlaşıb.

Bu həftənin əvvəlində Vaşinqtonun BMT-dəki səfiri Nikki Haley insan haqları şurasını naziri dəvət etdiyinə görə tənqid edib, Avayini isə «İranda ən pis insan haqları pozuntularının bəzilərində» suçlayıb.

Avayi çıxışında Yəmənin ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası tərəfindən blokadaya alınmasını pisləyib, orada husi yaraqlılara qarşı «təcavüz müharibəsi» aparıldığını deyib. BMT bu münaqişədə 10 mindən çox adamın həlak olduğunu hesablayıb.

Avayi qeyd edib ki, narkotik qanunvericiliyinə son islahatlar nəticəsində İranda edamların sayında azalma gözləyir. İndiyədək İranda edamların əsas səbəbi məhz narkotik qaydalarının pozulmasıdır.

AB-nin Avayiyə sanksiyaları onun blok ərazisinə səyahətini yasaqlayıb, hesablarını dondurub. İsveçrə də nazirə maliyyə sanksiyaları qoyub, bu ölkəyə girişi qadağan olunmayıb.

Avayi BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısında deyil.