vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
19:40 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Regiona təhlükə yaradır»

İranın silah embarqosunu «pozmasını» pisləyirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Dörd Qərb ölkəsi İranın Yəməndə silah embarqosunu pozduğunu iddia edərək onun bu hərəkətini pisləyiblər. Bir gün öncə Rusiya Tehranı bu səbəbdən hədəfə alan BMT qətnaməsinə veto qoymuşdu.

Fransa, Almaniya, Böyük Britaniya və Birləşmiş Ştatlar fevralın 27-də axşam birgə bəyanat yayıblar. Bəyanata görə, İranın silah embarqosuna əməl etməməsini BMT ekspertləri ötən ay müəyyənləşdirib və bu, «regionda sülhə və sabitliyə ciddi risklər yaradır».

Bu dörd ölkə İranı BMT-nin 2015-ci ildə qəbul etdiyi qətnaməyə zidd «bütün fəaliyyəti dərhal dayandırmağa» çağırıb. Həmin qətnaməylə Yəməndəki üsyançı husi yaraqlılarına embarqo qoyulub.

Ötən ay BMT ekspertləri İranın bu embarqoya əməl etmədiyini üzə çıxarıb, belə ki, Tehran özünün istehsalı olan raket və dronların müttəfiqi şiə üsyançıların əlinə keçməsini önləyə bilməyib.

İran husilərə silah vermədiyini deyir.

Rusiya fevralın 26-da BMT Təhlükəsizlik Şurasında İranın bu iddia olunan pozuntularını pisləyən qətnaməyə veto qoyub. Rusiyanın səfiri Vasily Nebenzya qənaətləri «təsdiqlənməmiş» adlandırıb.

«İranın Yəmənə silah embarqosunu pozduğunu göstərən nəhəng sayda etibarlı və müstəqil dəlilin olmasına, bunun mülki hədəflərə saysız hücumlarla nəticələnməsinə baxmayaraq, Rusiya hesabatlılığı əngəlləyir və bütöv regiona təhlükə yaradır», – ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib. O, İrana qarşı BMT-dən kənar addım atılacağına and içib.

 

Ölkələr bir araya gəlir

 

Qərb ölkələrinin fevralın 27-də yaydığı bəyanat Birləşmiş Ştatların əsas Avropa müttəfiqlərinin dəstəyini bir araya gətirdiyini göstərir. Bu ölkələr İranla 2015-ci il nüvə sazişini imzalayıblar.

Dörd ölkə BMT ekspertlərinin tapıntılarından «dərin narahatlıq» ifadə ediblər. Həmin araşdırmaya görə, husilər ötən il Səudiyyə Ərəbistanına bir neçə dəfə İranın Qiam ballistik raketlərini atıblar.

Səudiyyənin rəhbərlik etdiyi ərəb koalisiyası husilərə qarşı dörd ildir gedən vətəndaş müharibəsində Yəmən hökumətini hava zərbələriylə dəstəkləyir

2014-cü ildə husilər paytaxt Sanaya nəzarəti ələ alıb, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökumət qonşu Ərəb Körfəzi ölkələrindən sığınacaq istəməli olub.

BMT Yəməndəki dağıntıların çoxuna görə Səudiyyənin bombalama kampaniyasını suçlayır. Bu kampaniya nəticəsində 10 mindən çox yəmənli öldürülüb, 2 milyondan çox adam didərgin düşüb.