vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:18 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Münaqişəsi dünya gücləri üçün prioritet deyil»

Nüfuzlu «beyin mərkəzi»nin analitiki: «Qarabağda müharibə başlaya bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada mənzillənmiş nüfuzlu «Chatham House» analitik mərkəzinin eksperti Stanislav Pritçin Dağlıq Qarabağ münaqişəsinin perspektivi ilə bağlı proqnozlar verib.

Modern.az saytının məlumatına görə, Stanislav Pritçin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır, Azərbaycan isə yox.

Ekspert bu qənaətdədir ki, hər iki tərəfin mövqeyi Qarabağ münaqişəsinin həllini çətinləşdirir, üstəgəl Azərbaycan Dağlıq Qarabağa bitişik 7 rayonu da itirməsi vəziyyəti bir az da qəlizləşdirir.

«Həm də Dağlıq Qarabağ münaqişəsi dünyanın əsas oyunçuları üçün prioritet deyil. Nə qədər ki, xarici nüfuzlu oyunçular bu münaqişəyə sərmayə qoymayacaqlar, bu konflikti nizama salmaq çətinləşəcək», - deyə o əlavə edib.

Stanislav Pritçinin fikrincə, Azərbaycan indi daha böyük çəkiyə malik olduğu üçün belə situasiya onun üçün əlverişsizdir.

«Buna görə də Azərbaycan belə bir siyasi xətti qəbul edib ki, beynəlxalq ictimaiyyətə status-kvonun rəsmi Bakı üçün əlverişsiz olduğunu bəyan etsin. Bu, nizama salma prosesində Azərbaycanın proseslərə təsir edən yeganə mexanizmlərindən biridir. Ümumiyyətlə hər iki tərəfin (Azərbaycan və Ermənistan) ritorikası heç bir güzəştin olmayacağının göstəricisidir».

Analitik hesab edir ki, tərəflər Madrid prinsiplərinin imzalanmasına yaxın idi və bu sənəd nizama salma prosesinin əsas mexanizmini müəyyənləşdirir.

«Bu, uyğunlaşdırılmış, çox yoxlanılmış mövqedir və əlaqələrin normallaşması üzrə çoxillik addımları özündə ehtiva edir. Həmçinin bir qədər güzəştlər də nəzərdə tutulur, amma biz tərəflərdə bu kompromisləri yenidən görmürük», - o əlavə edib.

Politoloq ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacağına dair açıqlamasını da şərh edib.

Onun sözlərinə görə, Qarabağ cəbhəsində müharibənin başlanması üçün həqiqətən də risklər mövcuddur.

Aqşin KƏRİMOV