vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
22:49 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizdə çox mühüm informasiyalar var...»

«Balıq Nastya» ABŞ-dan siyasi sığınacaq istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya KİV-lərinin yaydığı son məlumata görə Tailandda saxlanılan eskort qız «Nastya Rıbka» və onun «seks-məşqçisi» Aleksandr Kirillov («Aleks Lesli») ABŞ-dan sığınacaq istəyiblər. Xəbər verilir ki, bu qalmaqallı cütlük ABŞ-ın Tailanddakı konsulluğuna məktub yazaraq onlara siyasi sığınacaq verilməsini xahiş edirlər. Məktubda bildirirlər ki, Tailand hakimiyyəti onları Rusiyaya ekstradisiya etmək istəyir, orada isə onları real təhlükə gözləyir.

«Bizə siyasi sığınacaq verilməsini və mümkün qədər tez bizi müdafiə etməyinizi sizdən xahiş edirik, çünki bizdə ABŞ üçün olduqca mühüm informasiya var və biz həyatımızı ciddi riskə qoymuşuq», - «Russia Today» telekanalı məktubdan sitat gətirir.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tailanda səfərinin «Nastya Rıbka» və digər rusiyalıların həmin ölkədə saxlanılması ilə əlaqəli ola biləcəyi haqda fərziyyələri rədd edib. Peskov deyib ki, Təhlükəsizlik Şurasının katibi beynəlxalq fəaliyyətlə məşğuldur və bu çərçivədə «əvvəlcədən razılaşdırılmış» səfərlər həyata keçirir. «Əlbəttə, bu səfəri Tailandda hansısa rusiyalıların saxlanılması ilə əlaqələndirmək axmaqlıqdır», - Peskov deyib.