vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
22:23 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öldürülən terrorçuların sayı 2184-ə çatdı

Hücuma keçən PYD ciddi itkilər verib, əsir götürülənlər var

MÖVZU İLƏ ƏLAQƏLİ

«Zeytun budağı» əməliyyatının 40-cı günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2184-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Afrində hava şəraitinin əlverişsiz - yağışlı və dumanlı olmasına baxmayaraq əməliyyatlar davam etdirilir.

Afrin qəsəbəsinin şimal və qərb istiqamətlərində terrorçulara aid mövqelər toplar və raketlərlə atəşə tutulub. Şərq istiqamətində isə PYD/YPG terrorçuları əldən verdikləri bölgələrə hücum təşkil etmək istəyib. TSQ və Azad Suriya Ordusu (ASO) mövqelərinə yaxınlaşan terrorçular ağır itki verib. Bundan əlavə bir neçə terrorçu sağ ələ keçirilib.

«Zeytun budağı» başlanan tarixdən - yanvarın 20-dən bu yana Afrin bölgəsində ələ keçən terrorçuların sayı 60-ı ötüb. Bundan başqa PYD/YPG-dən təmizlənən kəndlərin sayı 115-ə çatıb. Terrorçulara qarşı döyüşlərdə Türkiyə 33 şəhid verib.