vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DİGƏR NÖVLƏR  
23:03 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Maraq əvvəlki illərdən daha yüksəkdir»

Nigar Arpadarai: «Çalışırıq ki, insanlara narahatlıq yaradılmasın»

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq «Formula 1» Azərbaycan Qran-Prisi ilə bağlı işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir. Bunu «Trend»ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, bilet satışları gözlənildiyi kimi uğurla gedir və yarışmaya maraq əvvəlki illərdən daha yüksəkdir. N.Arpadarainin sözlərinə görə, tikinti işləri də qrafikə uyğun davam edir: «Çalışırıq ki, tikinti işləri ilə bağlı yollar bağlanmasın, insanlara narahatlıq yaradılmasın. Mart ayında bütün əsas tikinti işləri, o cümlədən tribunaların quraşdırılması başa çatdırılacaq, ümumilikdə isə tikinti işləri son günə qədər davam edəcək, çünki yarışma zamanı yollar bağlanır və bunun üçün də həmin vaxt müəyyən işlər görülməlidir».

Həmçinin N.Arpadarai yarış günləri dənizkənarı bulvarın bağlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il də iyunun 23-25-dək Bakıda keçirilən «Formula 1» yarışı ilə əlaqədar dənizkənarı bulvar bağlı olub. Belə ki, həmin zonaya giriş bileti olan insanlar üçün açıq olub. 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına 2017-ci il noyabrın 6-dan start verilib.