vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
10:39 | 1 mart 2018 | Cümə axşamı Məqaləyə 2112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi Rusiyadan xilas et»

«Seks eksperti» Nastya Rusiya-Tramp əlaqələri haqqında nə bilir?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, Rusiyada son günlər sosial media paylaşmaları ilə siyasi qalmaqal yaratmış qadın, özünü seks eksperti kimi təqdim edən Anastasiya Vaşukeviç Taylandda saxlanıb.

Lakin indi o iddia edir ki, Rusiya rəsmiləri və ABŞ prezidenti Donald Trampın əlaqələrinə dair mühüm informasiyaya malikdir. Vaşukeviç müdafiə olunması üçün ABŞ-dan kömək istəyib.

Əslən Belarusdan olan eskort xidməti işçisi Vaşukeviçin adı, o, Rusiya milyarderi Oleq Deripaska ilə baş nazirin müavini Sergey Prixodkonun yaxta gəzintisini görüntüləyən videonu öz sosial media səhifəsində yerləşdirəndən sonra məşhurlaşıb.

Deripaska ilə intim münasibətləri olduğunu iddia edən Vaşukeviç daha çox «Nastya Rıbka» adı ilə məşhurdur. Deripaska vaxtilə Donald Trampın kampaniya meneceri olmuş Paul Manafortun xidmətlərindən istifadə edib.

«Rıbka» özünün son postunu Taylandda polis maşının içərisində olarkən göndərib.

«Rıbka» bu videoda iddia edir ki, o, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin yeganə şahididir və Deripaska, Prixodko, Manafort və Tramp zənciri barədə son dərəcə qiymətli informasiyaya malikdir.

Taylandın Pattaya kurortunda həbs edilmiş Anastasiya onu Rusiyadan müdafiə edəcək Avropa ölkəsinə və ya ABŞ-a çox mühüm informasiyanı verməyə hazır olduğunu bildirib.

Xanım Vaşukeviç öz video postunda bildirir ki, artıq ABŞ-ın NBC telekanalına müsahibə verib.

Ötən ay Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı Vaşukeviçin «Instagram» hesabından götürdüyü videosüjeti yayınlayan reportaj hazırlamışdı. 2016-cı ildə çəkilmiş bu videoda Deripaska və Prixodkonun yaxtada söhbət etdikləri görünür.

Navalnı özünün reportajında belə bir mülahizə irəli sürür ki, Deripaska və Prixodko Kremllə Tramp kampaniyasının arasındakı körpü ola bilərdilər.

«The Washington Post» qəzeti ötən il yazırdı ki, vaxtilə Deripaskanın tabeçiliyində işləmiş Manafort ona Tramp kampaniyası barədə vaxtaşırı hesabat verərmiş . Cənab Deripaskanın nümayəndəsi bu iddiaları rədd edib.

Navalnını «siyasi əzvay» adlandıran Prixodko deyib ki, onun araşdırmaları «mümkünlə qeyri-mümkünün cəfəng qarışığıdır». Deripaska isə bildirib ki, Navalnının iddiaları əsassızdır. Milyarder habelə onun şəxsi sirlərini yaydığına görə Vaşukeviçi məhkəməyə verib. Rusiya məhkəməsi bir sıra fotoların «Instagram»dan çıxarılması barədə hökm verib.

Vaşukeviç özünün «Instagram» hesabından yazır ki, Navalnının videosu internetə qoyulanda o, Dubayda olub və oradan Taylandın Pattaya kurortuna səfər edib. Ötən bazar günü Rusiya mediası Vaşukeviçin Taylandda «seks seminarında» iştirak edən bir neçə rusiyalı ilə birlikdə saxlandığını xəbər verib. Bu seminarın iştirakçıları 5 günlük məşğələ üçün 600 dollar ödəmişdilər.

Tayland mediası həbs olunanlardan bəzilərinin bu ölkəyə vizasız gəldiklərini bildirir.

Yerli telekanallardan biri sual verib: «Görəsən, onlar bu kursu keçmək üçün niyə Taylandı seçiblər?»

Rusiyanın Taylanddakı konsulu Vladimir Sosnov RIA xəbər agentliyinə deyib ki, xanım Vaşukeviç və başqaları «qanunsuz təlim kursu» keçirdiklərinə görə saxlanıblar.

Lakin Vaşukeviç iddia edir ki, onu Rusiya rəsmiləri həbs etdiriblər və Deripaska-Prixodko videosunun qisasını almaq istəyirlər.

«Rıbka» yazır ki, onu Rusiyaya deportasiya etmək istəyirlər və o, orada həbs olunacaq.

«ABŞ, xahiş edirik, bizi Rusiyadan xilas et. Bütün bunlar siyasi reopressiyadır», - Vaşukeviç özünün «Instagram» hesabından yazıb.