vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
13:55 | 1 mart 2018 | Cümə axşamı Məqaləyə 2774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanı qorxudan rus silahları

Bir atəşlə bütün şəhəri məhv edər, bu azmış kimi hələ müşayiət qurğuları da var…

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbdə Rusiya Strateji Təyinatlı Nüvə Qüvvələrinin arsenalında olan silahlardan danışarkən ağla «Topol-M» nəhəng raket kompleksləri gəlir.

«Topol-M» ona görə qorxuludur ki, ondan açılan bir yaylım atəşi ilə bir şəhəri tamamilə məhv etmək olar.

Rusiya ilə NATO arasında münasibətlər hər gün daha da kəskinləşdiyi bir zamanda ABŞ da nüvə silahlarını təkmilləşdirir. Ancaq hərbi analitiklər, politoloqlar daha çox Rusiyanın arsenalında olan silahların daha çox təhlükəli olmasına diqqət çəkirlər.

Rusiyanın «Listva» mina təmizləmə qurğuları ölkənin nüvə güclərinin müdafiəçilərindən biridir. Bu hərbi texnika məsafədən mina təmizləyən maşındır.

«Listva» nüvə silahlarını müşayiət edir, belə ki, bu silahlar hərəkətdə olan raket komplekslərinin yanında partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün tətbiq edilir.

«Listva» yüksək tezlikli radio dalğaların köməyi ilə maqnit minaları 100 metr məsafədən zərərsizləşdirə bilir.

Modern.az saytının beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Rusiya 2020-ci ilə qədər Rusiyanın balansında olan «Listva»ların sayı 20-ni keçəcək.

 

«Tufan –M» döyüş antidiversiya maşını

 

Amerika mətbuatı yazıb ki, «Tufan-M» zirehli maşını düşmən silahlı qruplaşmalarının əsas rəqibidir. «Tayfun-M» müşahidə və aşkar etmə aparatları ilə təchiz olunub. Rusiya KİV-ləri isə bildirir ki, «Tayfun-M»in xarakteristikası ilə bağlı bir çox məqam məxfiləşdirilib.

Bircə o məlumdur ki, bu zirehli avtomobil 5 kilometr məsafədən düşmən əsgərlərini aşkarlaya və onları bloklaya bilir.

Bu sistemdə pilotsuz uçuş aparatlarının olduğu da qeyd olunur. Bu pilotsuz aparatların istehsalçısı olan İsveçrə şirkəti «Enics» bildirir ki, uçuş aparatlarının hərəkət radiusu 20 kilometrdən çoxdur. Oflayn rejimdə isə onun hərəkət trayektoriyası 40 kilometri keçir.

Rusiya qitələrarası ballistik raketlərini də təkmilləşdirir. Amerikanın «The Drive» nəşri yazır ki, bununla paralel olaraq Rusiyanın strateji təyinatlı qüvvələri yeni robot-qarovullarla da komplektləşdirilib.

Onlar beton slindrlərə oxşar qurğularda gizlədilir və aktivləşdirildikdən 30 saniyə sonra üzə çıxır. Bu robotlar radarlarla və optik tənzimləyicilərlə, həmçinin pulemyot və qumbaraatanla təchiz edilib. Analitiklər hesab edirlər ki, müasir idarəetmə sistemi olan bu robot-qarovullar 400 metr məsafədə olan obyektləri hədəfə ala bilir.