vaxtlı-vaxtında oxuyun! Bazar, 20 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
12:29 | 2 mart 2018 | Cümə Məqaləyə 452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Narkoloji Dispanserdə dəhşətli yanğın

24 nəfər yanaraq ölüb, 34 nəfər xilas edilib, yaralılar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.


***


11:10

Əməkdaşımız Ülviyyə Xudiyeva hadisə yerindən xəbər verir ki, bu dəqiqələrdə Narkoloji Dispanserin qarşısına xeyli narkoman toplaşıb. Bunlar «ev şəraitində müalicə alan», amma dispanserdə qeydiyyatda olan narkomanlardır və gündəlik narkotik dozasını tələb edirlər.

Polis narkomanları dispanserdən uzaqlaşdırmağa çalışır, onlara bildirilir ki, yanğın hadisəsinə görə bu gün dispanserdə qeydiyyatda olan xəstələrə dərman verilməyəcək. Lakin narkotik aludəçiləri bu vəziyyətlə qane olmaq istəmir. «Mən xəstə adamam, dözə bilmirəm, dərmanımı versinlər gedim»-narkomanlardan biri polis əməkdaşlı olduğu təxmin edilən mülki geyimli şəxslə mübahisə edib.

Digər narkotik aludəçisi isə «bu gün dərman verilməsə özünü bıçaqlayacağını» deyib. Başqa biri «əgər bu gün dərman verə bilməyəcəklərsə gedək özümüzə bir «baş» nəşə alaq, amma bilməliyik ki, polis bizi tutmayacaq, çünki bura yanıb» deyib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *