vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
14:55 | 2 mart 2018 | Cümə Məqaləyə 2685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25-dək ölü var

Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın

MÖVZU İLƏ ƏLAQƏLİ

Səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA TV-nin xəbərinə görə, 30-dan artıq pasiyent yanan binadan təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən dördü xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 25-dək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi saat 08:18-də yanğının məhdudlaşdırıldığı barədə məlumat yayıb. Yanğının yayılma təhlükəsi yoxdur.