vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QƏZA, FACİƏ  
17:34 | 2 mart 2018 | Cümə Məqaləyə 1682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalist dəm qazından boğuldu

Eyyub Kərimovun ölümü gecə yox, gündüz baş verib, baş redaktor həmin vaxt evdə tək olub

Hüquqşünas və «Femida» qəzetinin baş redaktoru Eyyub Kərimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Mərhumun əmisi oğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı olan Bəxtiyar Kərimova istinadən xəbər verir ki, hadisə bundan əvvəl bəzi KİV-lərin bildirdiyi kimi bu gün martın 2-nə keçən gecə deyil, ötən gün - martın 1-də gündüz saatlarında baş verib.

Belə ki, səhər tezdən Eyyub Kərimovun həyat yoldaşı və qızı işə gediblər. O, evdə tək qalıb. Axşam həyat yoldaşı evə qayıdanda onun meyitini hamamda aşkarlayıb. Baş redaktorun günorta saatlarında keçindiyi təxmin edilir. Onun cənazəsi dəfn olunmaq üçün doğulduğu Qax rayonunun İlisu kəndinə yola salınıb.

 

***

 

16:01

«Sputnik» xəbər verir ki, «Femida» qəzetinin baş redaktoru Eyyub Kərimovun meyitini onun həyat yoldaşı gecə saat 2 radələrində mənzilin hamam otağında aşkarlayıb.

Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir.

Hadisənin təfərrüatları araşdırılır.

 

***

 

15:15

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

«Trend»in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, «Femida» qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.