vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:10 | 3 mart 2018 | Şənbə Məqaləyə 2099 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın iqtisadi «müharibəsi»

Tramp bərk qəzəbləndi, ticarət savaşı başlatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumları tətbiq etməsi dünyada çaxnaşmaya səbəb olub. Virtualaz.org xəbər verir ki, ABŞ prezidentinin bu qərarı Ağ Evdə getdikcə sıxışdırılması ilə bağlı hiddətlənərək verdiyi üzə çıxıb.

«NBC News» telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirir ki, prezident Ağ Evin keçmiş kommunikasiyalar direktoru Houp Hiksin xüsusi prokuror Robert Müllerə Rusiya işi üzrə onun əleyhinə ifadə verməsindən, kürəkəni Cared Kuşnerin dövlət sirrinə çıxış imkanlarının dayandırılmasından və prokuror Ceff Seşnsin son davranışlarından bərk qəzəblənib.

Mənbənin bildirdiyinə görə Ağ evdə Trampı hələ belə görən olmamışdı. «O, açıq-aşkar davaya köklənmişdi və maliyyə naziri Stiven Mnuçinin, habelə iqtisadi siyasət üzrə müşaviri Qari Konun məsləhətlərinə məhəl qoymayaraq qlobal ticarət müharibəsinə başlamağı qərara aldı», - mənbə deyib.

Trampın martın 1-də verdiyi bəyanata əsasən ABŞ-a xaricdən idxal edilən polad və alüminiuma gömrük rüsumu tətbiq ediləcək. Polada 25 faiz, alüminiuma 10 faiz rüsum tətbiq ediləcəyi açıqlanıb. Bu qərar bir həftə sonra qüvvəyə minəcək və ABŞ-a polad, alüminium ixrac edən ölkələri, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq.

«Biz polad və alüminium idxalına gömrük rüsumu tətbiq edirik. Uzun müddətdən bəri ilk dəfə bizim müdafiəmiz olacaq», - Tramp bildirib. ABŞ prezidenti bunu ölkəsinin ticarət tərəfdaşlarının «haqsız qazanc» əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

Trampın qərarı dünya birjalarında neqativ təsirlərə səbəb olub. Qiymətli kağızların ucuzlaşması nəticəsində dünya zənginləri cəmi iki günə yüz milyardlarla dollar itirib. Aparıcı polad və alüminium istehsalçılarının səhmləri ucuzlaşıb.

Artıq ABŞ-a polad və alüminium ixrac edən ölkələrin əksəriyyəti cavab tədbirləri görəcəklərini bildiriblər. Avropa Komissiyasının prezidenti Jan klod Yunker ABŞ-a qarşı cavab tədbirləri hazırladıqlarını açıqlayıb. Çin Birləşmiş Ştatları dünya iqtisadiyyatına və qlobal ticarətə zərbə vuran qərarlardan çəkinməyə çağırıb. Rəsmi Pekin bildirir ki, digər ölkələr də ABŞ-ın addımını təkrarlasa dünya ticarətinə ciddi zərbə dəyəcək. Kanada xarici işlər naziri Xrist Friland da ölkəsinin cavab tədbirləri görəcəyini bildirib. Kanada hər il ABŞ-a 2.5 milyon tona yaxın metal ixrac edir.

Analitiklərə görə Trampın qərarı əsasən ABŞ-la Çin arasında ticarət müharibəsinə gətirib çıxaracaq. Çünki Çin ABŞ-a ən çox polad ixrac edən ölkədir və təbii ki, Trampın qərarından ciddi ziyan çəkəcək. Digər tərəfdən Trampın qərarına görə ABŞ iqtisadiyyatına da ciddi zərər dəyəcək, bu qərarın xeyrindən çox ziyanı olacaq.